Alpinistlərin itkin düşməsindən 4 ay ötür

23.04.2018 - 13:01

Bakı şəhəri Moskva prospektində (“Şamaxinka” kimi tanınan ərazi, üzü mərkəzə doğru) yerləşən dayanacaqdakı “Milli ön” aparatlarının işləməməsi adi hal alıb.Sərnişin axınının çox olduğu ərazidəki aparatların sıradan çıxması ilə bağlı mətbuatda dəfələrlə yazılsa da, bu gün eyni problem növbəti dəfə yaşanıb. Belə ki, rayonlardan, Sumqayıtdan, Xırdalandan və digər böyük qəsəbələrdən şəhərə gələn yüzlərlə insan aparatların işləməməsi səbəbindən kartlarına gediş haqqı yükləyə bilməyib. Nəticədə ərazidə böyük insan kütləsi yaranıb, həmçinin nəqliyyatın hərəkətində çətinliklər ortaya çıxıb.

Şikayətçilər bildiriblər ki, dayanacaqdakı 3 aparatdan yalnız “BakıKart”a məxsus olanı işləyir: “Digər iki aparat isə nasazlıq səbəbindən işləmir. Bu problem artıq bir həftədən çoxdur davam edir və hər gün yaşanır”.

“Milli Ön” şirkətindən Lent.az-a bildirildi ki, məsələ ilə bağlı müraciət daxil olub və problem gün ərzində aradan qaldırılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=117902

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728