Formula 1 Azərbaycan Qran Prisində ikinci yarış günü başladı

28.04.2018 - 10:17

Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi – Azərbaycan Qran Prisi davam edir.

Musavat.com xəbər verir ki, yarışmanın ikinci yarış günündə Formula 2 sinfində birinci yarış, Formula 1 pilotlarının isə üçüncü praktiki sessiyası olacaq.

Həmçinin Formula 1-də təsnifat mərhələsi keçiriləcək.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Yarışlardan 10 komandadan 20 pilot iştirak edir. “Mercedes” komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, “Ferrari”də Sebastian Fettel, Kimi Raykonnen, “Williams”ın heyətində Sergey Sirotkin və Lens Stroll yarışırlar. “Red Bull Racing” komandasında Daniel Rikkiardo, Maks Ferstappen, “Force India”da Esteban Okon və Serxio Peres, “Renault”da isə Niko Hülkenberq ilə Karlos Sayns mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Brendon Hartli və Pyer Qasli, “Sauber”də Markus Eriksson, Şarl Lekler, “McLaren”də Fernando Alonso və Stoffel Vandorn yürüşdə iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə “Haas” komandalarının idman şərəfini qoruyurlar.

Aprelin 29-da Formula 1 Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək.

Qeyd edək ki, ötən gün Formula 1 sinfində iki sərbəst yürüş, Formula 2 sinfində isə sərbəst yürüş və təsnifat mərhələsi keçirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=118196

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728