İşdən çıxarılmış nazirin qohumları da işdən çıxarılır

10.05.2018 - 15:14

Xəbər verdiyimiz kimi, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mayın 8-dıə nazirlikdə ilk kadr dəyişikliyini həyata keçirib.

Bu barədə məlumatı da Mia.az saytı yayıb. Bildirilib ki, nazirin əmri ilə aparat rəhbəri Əjdər Cəbiyev, Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev artıq işdən çıxarılıblar: “Vəzifədən çıxarılan mətbuat katibi Elman Babayevin vəzifəsi müvəqqəti olaraq şöbənin sektor müdiri Pərviz Cəfərova,d igər vəzifədən çxıarılanların səlahiyyətləri isə müavinlərinə həvalə olunub”.

Mia.az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə nazirlikdə növbəti dəyişikliklər olacaq: “Bu dəyişikliklər zamanı isə nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərova, Dövlət Əmək Müfəttişliyi xidmətinin rəisi Fuad Əlizadə (Səlim Müslümovun dayısının kürəkəni), həmçinin Dövlət Sosial Müdafiəsi Fondunun sədri, 4 ildir hər il yenilən müavilə ilə vəzifəsi uzadılan 67 yaşlı Zakir Babayev, həmin fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi, Səlim Müslümovun qaynı Ağalar Xasayev, Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev (Keçmiş aparat rəhbəri əjdər Cəbiyvin qardaşı), həmçinin nazirliyin Nəsimi rayon social müdafiəsi mərkəzinin rəhbəri Əsgər Əsgərov (Səlim Müslümovun bacısının həyat yoldaşı) və digər vəzifəli şəxslərin işdən çıxarılması gözlənilir”.

Məlumata görə, səlim Müslümov və digər vəzifəli şəxslərin bu nazirlikdə qohum-əqrabası, dost-tanışları çoxdur və onların qısa zamanda, vəzifələrən kənarlaşdırılması gündəmdədir.

Məlumata görə, yeni nazir Sahil Babayev hələlik işdən çxıarılanların yerinə təyinat da aparmayıb. Güman olunur ki, çox yaxın günlərdə bu istiqamətdə də addımlar atılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=118644

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728