“Qapıçı deyir ki, kamera qoyublar, deyiblər ki, hər adamdan 1 manat almalısan, “tas” verirəm” – GİLEY

15.05.2018 - 10:37

Qarabağ müharibəsi əlili, 1961-ci il təvəllüdlü Cavanşır Abdullayev 1 saylı kliniki Tibbi Mərkəzdə ağır vəziyyətdədir.

Bu barədə Cebhe.info-ya Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifova məlumat verib. O, həmin xəstəxanada Qarabağ əlilinə münasibətin pis olduğunu bildirib:

“Ayın 6-da Şəki şəhərindən xəstəxanaya gətirilib. Çox baxımsız haldadır. Təkcə indiki həkimi İlahə xanımdan şıkayətimiz yoxdur. Amma ümumilikdə vəziyyət dəhşətlidir. Bu neçə gündə 4 reseptdə yazılan dərmanlara 1500 manat pul vermişik. Sistem şlanqını da bizə aldırırlar. Bir neçə gün əvvəl tibb bacısı sistem qoyub, gedib. Dərman dərinin altına gedib. Yanındakı xəstə görüb, gedib tibb bacısını tapıb gətirib. Qolları gömgöydür. Qapıdan keçəndə də bizi incidirlər. Hər keçəndə deyirlər ki, 1 manat verməlisən. Qapıçı deyir ki, kamera qoyublar, deyiblər ki, hər adamdan 1 manat almalısan, “tas” verirəm”.

"Qapıçı deyir ki, kamera qoyublar, deyiblər ki, hər adamdan 1 manat almalısan, “tas” verirəm"

Növrəstə Yusifova deyir ki, əvvəlki həkimi “Əgər o sağalsa mən qollarımı kəsərəm” deyərək, xəstənin yaxınlarına psixoloji təsir göstərib:

“Həkimlərin xəstəyə münasibətinə baxın. Heç Qarabağ qazisi deyil, adi vətəndaşdır, bu cür münasibət olar? Bizə deyirlər ki, siz gəlməyin. Biz getməsək, dava-dərmanlarını kim alacaq. Yorğan-döşəyi pis gündə idi. Xahiş edib, minnətlə dəyişdirdik. Bir şey istəyəndə deyirlər ki, bizə vermirlər, maaşımızdan almalı deyiillik ki. Özəl xəstəxanada olsaydı, bilərdik ki, ödənişlidir. Vəziyyət o həddədir ki, xəstəmiz deyir ki, burda qalmaqdansa, ölməyi özümə şərəf bilirəm. İnsanı niyə bu həddə çatdırırlar”.

Qeyd edək ki, şikayətlə bağlı adıçəkilən xəstəxananın mövqeyini öyrənmək istəsək də, Kliniki Tibbi Mərkəzdən deyildi ki, yalnız səhər saatlarında suallarımızı cavablandıra biləcək şəxslə danışa bilərik.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=118890

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2018
BE ÇA Ç CA C Ş B
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031