“Verilişlərin çoxu mənəvi dəyərlərin məhvinə xidmət edir”

07.06.2018 - 17:32

“Mənə elə gəlir ki, televiziyalara xüsusi bir təlimat verilib ki, siz ancaq belə bayağı verilişlər yayımlasınlar”

Efirlərimizdəki bayağı, şou verilişlərin dözülməz olduğunu deyən şair Salam Sarvan dünən Moderator.az-a açıqlamasında bildirdi ki, bu məsələdə intellektinə güvəndiyimiz deputatların, hansısa səviyyədə sözü keçən ziyalıların işə qarışmasına ehtiyac var.

Məsələylə bağlı Xalq şairi Sabir Rüstəmxanlıya müraciət etdik. S.Rüstəmxanlı Moderator.az-a açıqlamasında bildirdi ki, S.Sarvan bu məsələdə haqlıdı, amma biz ziyalı olaraq dəfələrlə efirlərimizdəki bu problemlərə toxunsaq da, nəticə yoxdur:

“Bu barədə dəfələrdə danışmışıq, amma rəsmi müdaxilə olmasa, çətindi. Mənə elə gəlir ki, televiziyalara xüsusi bir təlimat verilib ki, ancaq belə bayağı verilişlər yayımlasınlar. Yoxsa, televiziyalar özbaşına bu qədər millətin hissiylə, əsəbiylə oynayıb milli dəyərlərimizi nəzərə almayan verilişlər verə bilməzlər. Televiziyada da təsadüfi adamlar yoxdu. Orda da peşəkarlar var və özləri hər şeyi görürlər. Bunlar hardansa idarə olunur. Gərək bu bulanıq su başdan kəsilsin. Biz ziyalılar çağırılan verilişlərə gedib sözümüzü deyib, iradlarımızı bildiririk. Amma sonradan hər şey yaddan çıxır”.

S.Rüstəmxanlı dedi ki, bu verilişlər Azərbaycanın mənəvi dəyərləri üçün qəsddir:

“Televiziyalarımızla bağlı bölgə kanallarımızda da ciddi problemlər var. Əslində reginonlardan başlayaraq millətin adət-ənənəsini ayaq altına atırlar. Elə verilişlər, filmlər və kliplər göstərirlər ki, heç Avropada o şəkildə göstərmirlər. Ziyalı əlbətdə etirazını bildirməlidi, Salam Sarvan haqlıdır. Amma bu gün kimin sözü keçir? Televiziya başında olanlar o istiqaməti götürüblərsə, bizim dediyimizə əhəmiyyət verən yoxdur. Əksinə bu yolla ziyalıları da gözdən salırlar. Bu verilişlərin çoxu elə Azərbaycanın mənəvi dəyərlərindən biri olan ziyalılıq və ağsaqqal institunun dağıdılmasına xidmət edir. Bu bir qəsddir. Bunlar verilişlərini dəvət etdikləri adamları belə düzgün müəyyənləşdirə bilmirlər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=120127

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930