Deputat İcra Hakimiyyətini ittiham etdi…

12.06.2018 - 13:24

“Son vaxtlar ekologiya ilə bağlı ciddi problemlər müşahidə edilir”.

Moderator.az-ın məlumatına görə, bunu Milli Məclisdə çıxışı zamanı deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, Bakıda ağacların qırılması və yerində göydələnlərin tikilməsi ekoloji durumu pozur.

“Düzdür, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağac qıranlara qarşı cərimələr tətbiq edir. Amma buna rəğmən ağacların qırılması halları davam edir”.

Deputat xatırladıb ki, Göyçayda körpünün çökməsi də ekoloji tarazlığın pozulmasının nəticəsidir:

“Qubada çınqılların daşınması Vəlvələ çayı üzərində olan körpünün uçmasına səbəb oldu. Çınqılların daşınması ilə bağlı lisenziyalar necə verilir? Nəyə görə, yerli icra hakimiyyəti lisenziya verməlidir, amma məsuliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi daşımalıdır?”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=120361

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930