Bakıda fürsətdən istifadə edib qiyməti artıran taksi şirkətləri

04.07.2018 - 15:27

Ölkə ərazisində elektrik enerjisinin təminatından yaranan problemi bəzi işbazlar fürsətə çevirib.

Məlumdur ki, hazırda  Bakı metrosu fəaliyyət göstərmir və sakinlər digər ictimai nəqliyyat vasitələrinə üz tuturlar. “BakuBus”lar sərnişinləri ödənişsiz daşıyır. Həmçinin taksilərə də tələbat çoxdur. Bir çox taksi şirkəti isə yaranmış vəziyyətdən istifadə edib qiymətləri qaldırıb.

Sosial şəbəkə istifadəçiləri yazırlar ki, “Taxify” və “Uber” bütün istiqamətlərdə qiymətləri 2-3 dəfə artırıb. Belə ki, adi günlərdə 5 manata təklif edilən xidmət bu gün 10 manatdan yuxarı qiymətə olub.

Fürsətdən istifadə edən “189” taksi xidməti də qiymətləriu artırıb. Bu barədə sosial şəbəkə istifadəçiləri yazıblar.

İddialarla bağlı taksi şirkətləri ilə əlaqə saxlamağa çalışdıq. “Taxify” Bakı ofisini zənglərimizi qəbul etmədi.

Təbii ki, qiymət artımı etməyən taksi şirkətləri də var, ancaq onlara tələb böyük olduğu üçün taksi tapmaq çətindir, hətta operatorlarla əlaqə saxlamaq belə mümkün olmur.

Hər bir halda belə fövqəladə vəziyyətdə əhaliyə düzgün xidmət göstərən şirkətlər gələcək üçün də yeni müştərilər qazandılar. Çətin durumdan istifadə edib cibini doldurmağa çalışanlar isə yüzlərlə müştəri itirdilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121106

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930