“Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatdı – VİDEO
“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin final mərhələsi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, final yarışlarının nəticələrinə görə Azərbaycan artilleriyaçıları müsabiqədə üçüncü yerə layiq görülüblər.
Qaliblərin təltif olunması mərasiminin sabah keçirilməsi nəzərdə tutulub.
Short URL: http://www.cumhuriyyet.net/?p=121622