İntihar edəcəyini deyən tanınmış jurnalist xəstəxanaya yerləşdirildi

15.08.2018 - 11:30
Tanınmış jurnalist Səbuhi Məmmədli bu gün səhər saatlarında 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) reanimasiya şöbəsinə yerləşdirilib. Bu barədə məlumatı jurnalistin keçmiş iş yoldaşı Fuad Cəfərov sosial şəbəkələrdə yayıb.
AZXEBER.COM xəbər verir ki, o bildirib ki, Səbuhini ağır durumda, tam anlaqsız vəziyyətdə olduğuna görə həkimə aparıblar. İlkin müayinədən sonra isə reanimasiya şöbəsinə yerləşdirilib.
Tanınmış jurnalist bir müddətdir ki, özünün feysbuk səhifəsində intihar edəcəyi barədə statuslar paylaşırdı. Dünən də bu barədə iki post yazıb. İntihara səbəb kimi, maddi durumunu və səhhətindəki problemləri göstərib. Dostları isə problemin kökündə ziyanlı vərdişlərinin durduğunu söyləyirlər.
S.Məmmədli gənc yaşlarından Azərbaycan mətbuatının parlaq imzalarından biri olub. “525-ci qəzet”in ilk baş redaktoru olan jurnalist, sonradan “Yeni Müsavat”, “Azadlıq” qəzetlərində müxtəlif vəzifələrdə işləyib. O, son bir neçə il “APA Holding”də çalışıb. Burda fəaliyyət göstərdiyi müddətdə dünyanın ən qaynar nöqtələrində reportajları ilə diqqət mərkəzində olub.
Qeyd edək ki, Səbuhi Məmmədli bir neçə ay əvvəl isə holdinqdən uzaqlaşdırılmışdı və iş axtarırdı.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121734

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930