36 min verib ev aldı, sahibi başqası çıxdı

03.09.2018 - 13:21

Cumhuriyyet.net xəbər verir ki, bu sözləri Günel Həşimova qafqazinfo-ya şikayətində deyib.

O bildirib ki, 2014-cü ilin oktyabr ayında Yasamal rayonunda yerləşən “Mega City” Holdinqdən ev alıb. Belə ki, G. Həşimova qonşusu, daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan Vəlidən köməklik istəyib:

“Vəli bizə Holdinqin 1-ci binasında 11-ci mərtəbədə yerləşən 73 saylı mənzilin hazırda satıldığını dedi. 36 min manat əldən ödəyərək mənzili aldıq və sənədləri mənə təqdim etdilər. Dekabrda isə təmir üçün evə qapı qoyduq. Sonra eşitdik ki, mənzilin sahibi Abbas deyil, Şükür adlı şəxsdir və bizim qoyduğumuz qapını sökdürüb”.

Şikayətçi dolandırıldığını anladıqdan sonra pulunu geri almaq üçün dəfələrlə Vəli və ev sahibi Abbasla görüşsə də, nəticə əldə edə bilməyib:

“Məsələylə bağlı Yasamal Rayon Polis Şöbəsinə müraciət etmişik. Hələ də bir nəticə yoxdur. Nə pulumuzu geri ala bilirik, nə də ki evi. Hazırda iş Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindədir”.

Şikayətdə adları çəkilən Vəli və Abbasla (soyadlarını şikayətçi də bilmir. red) əlaqə saxlamağa çalışsaq da, hər iki şəxsin nömrəsinə zəng çatmayıb.

İşi araşdıran müstəntiq Asim Yusubov isə hazırda instintaq getdiyi üçün bu barədə məlumat verə bilməyəcəyini bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=122215

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031