Tərkibində zərərli orqanizmlər olan 25 ton kartofun İrandan Azərbaycana daxil olmasının qarşısı alınıb

04.09.2018 - 11:36

İran İslam Respublikasından fitosanitar sertifikatla ixrac olunan və “Güllü-80” MMC–nin ünvanına göndərilməsi nəzərdə tutulan kartof məhsuluna Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri tərəfindən baxış keçirilərkən həmin məhsulda zərərli orqanizm olduğu aşkar edilib.

Agentlikdən  verilən məlumata görə, aşkar edilən zərərli orqanizmin karantin tətbiq edilən Kolorado kartof böcəyi (Leptinotorsa decemlineata Say) olması ehtimal edilərək, zərərli orqanizmin təsdiqlənməsi üçün məhsuldan və zərərvericidən nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Müayinələr nəticəsində, məhsullarda karantin tətbiq edilən Kolorado kartof böcəyi zərərvericisinin olması təsdiqlənib.

Aşkar edilmiş karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, Biləsuvar gömrük idarəsinin “Qoşa Təpə” gömrük postunda saxlanılan 67A995-10/67AA96-10 Dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan 24700 kq kartof məhsulunun İran İslam Respublikasına qaytarılması üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Qeyd edək ki, “Fitosanitar nəzarəti haqqında” qanuna əsasən, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduqda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısını almaq məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=122283

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728