Fərhad Əliyevdən XƏBƏR VAR – Yaxınlarına görəv verdi

08.09.2018 - 11:54

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev sahibi olduğu və Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Alco” Məhdud Məsuliyyətli Cəmiyyətinə direktor təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, F. Əliyev həmin müəssisəyə bir vaxtlar onun köməkçisi vəzifəsində çalışmış Elşad Abbasovu direktor təyin edib.

Sabiq nazirin yaxın qohumu olan Əlibala Əliyev isə direktor müavini olub.

Qeyd edək ki, “Alco” Məhdud Məsuliyyətli Cəmiyyətinə 29 iyul 2016-cı il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

Şirkət Sumqayıt Kimya Sənaye Parkının 2,5 ha torpaq sahəsində Almaniya texnologiyası əsasında ildə 30 min ton sürtkü yağlarını istehsal edəcəkdir.

Məlumata görə, F. Əliyev Sumqayıt Kimya Sənaye Parkı ərazisində daha bir müəssisə inşa etdirmək istəyir.

Qeyd edək ki, Fərhad Əliyevin özü isə İçərişəhərdəki ofisində əyləşir.

Short URL: http://www.cumhuriyyet.net/?p=122480

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930