Siqareti yerə atanlar 50 manat cərimələnəcəklər

24.09.2018 - 16:57

Azərbaycanda tütün məmulatlarından istifadəyə görə cərimənin məbləği bəlli olub.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 212.3, 212.4 və 212.5-ci maddələr əlavə edilir.

Yeni – 212.3-cü maddəyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatı olmaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimə müəyyənləşdirilib.

212.4-cü maddəyə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə kəsiləcək.

212.5-ci maddəyə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə ( tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə – vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.

Sənəd artıq Milli Məclisə (MM) daxil olub və bu gün Əmək və sosial siyasət komitəsində müzakirəyə çıxarılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=122931

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728