Həbs edilən Zamirənin vəkili nələr deyib? – Skandal

07.11.2018 - 09:52

BBC xəbər verir ki, Harrods mağazasında 16 milyon funt sterlinq xərcləmiş və Birləşmiş Krallığın İzahedilməz Sərvət Qanunun ilk hədəfi olmuş qadın həbs edilib və ekstradisiya olunacağı gözlənilir.

Xəbərdə deyilir ki, 55 yaşlı Zamirə Hacıyeva hazırda həbsxanada 15 illik həbs cəzası çəkən keçmiş dövlət bankiri Cahangir Hacıyevin yoldaşıdır.

Londonda sözügedən mağazanın yaxınlığında £15 milyon funt sterlinqlik evdə yaşayan Hacıyevaya ötən ay Milli Cinayət Agentliyi tərəfindən İzahedilməz Sərvət Orderi təqdim olunmuşdu.

Vəkilləri Hacıyevanın “fırıldaqçı” olmadığını deyirlər.

İzahedilməz Sərvət Orderinin təqdim olunması o demək idi ki, Zamirə Hacıyeva öz sərvətinin mənşəyini təsdiq edən sənədləri təqdim etməlidir.

Londondakı Uestminister Məhkəməsində aydın olub ki, Hacıyeva ötən həftə Azərbaycan hökumətinin ekstradisiya ricası əsasında həbs edilib.

Bu da qeyd olunur ki, o ötən cümə axşamı günü könüllü olaraq polis idarəsinə gəlib və ona qarşı mənimsəmə üzrə iki ittiham irəli sürülüb.

İlkin dinləmə zamanı prokurorlar onun qaçmaq riski olması ilə bağlı zaminə buraxılmamasını istəyirblər.

Hacıyevanın vəkilləri isə israr ediblər ki, “bədxərc” olmasına baxmayaraq onların müştərisi “fırıldaqçı” deyil və ölkəni tərk etməyi düşünmür.

Vəkil Hugo Keith əlavə edib ki, Hacıyeva Azərbaycanda “zorakı oğurlanmaya” məruz qaldıqdan sonra Azərbaycanı tərk edib və 10 ilə yaxındır uşaqları ilə birlikdə Britaniyada yaşayır.

Baş sahə hakimi Emma Arbuthnot Hacıyevanın zaminə buraxılması vəsatətini qəbul edib, amma deyib ki, o, buna görə 500 min funt sterlinq zamin pulu ödəməli, şəhərin mərkəzi hissəsini tərk etməməli və gündəlik qaydada polisə məruzə etməlidir.

Lakin bu qərardan prokurorlar dərhal şikayət veriblər və Hacıyeva həbsdə qalıb.

Apellyasiya şikayəti üzrə dinləmənin noyabrın 8-də, Yüksək Məhkəmədə keçiriləcəyi gözlənilir.

Bu da xəbər verilir ki, Milli Cinayət Agentliyi Hacıyeva barəsində cinayət təhqiqatını davam etdirir.

Ötən həftə agentlik onun ailəsinə məxsus £400 min funt sterlinq dəyərində zinət əşyalarını müsadirə edib. Ailə bu əşyaları Christie’s-də hərraca qoymaq istəyirdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124335

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2018
BE ÇA Ç CA C Ş B
« Okt    
 1234
567891011
12131415161718
19202122232425
2627282930