Deputat: “Enerji içkiləri cəmiyyətimizdə bir bəlaya çevrilib”

17.11.2018 - 11:28

Azərbaycanda enerji içkiləri ilə bağlı artıq ciddi addımlar atılmalıdır. İlk növbədə də bu içkilərə nəhayət, aksiz dərəcələri tətbiq olunmalıdır. Çünki bu içkilər artıq cəmiyyətimizdə bir bəlaya çevrilib.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev parlament komitəsinin iclasında deyib.

O, qeyd edib ki, artıq cəmiyyətdə gənclər, yeniyetmələr, azyaşlılar bu növ içkilərin aludəçilərinə çevriliblər:

“Bu, narahatedici, qorxulu tendensiyadır. Dünyada ən ucuz enerji içkiləri bizdədir. Bir manata da enerji içkisi olar? Ona görə bununla bağlı təcili addımlar atılmalı, energetik içkilərə aksiz dərəcələri tətbiq olunmalıdır”.

Millət vəkili Jalə Əliyeva da spirtli içkilər və tütün məmulatları ilə bağlı qiymətlərin qaldırılması, aksiz dərəcələrinin artırılması təkliflərini dəstəkləyib:

“Mən də bunu ikiəlli dəstəkləyirəm. Bir şeyin ki, üstünə yazılır ki, sizin sağlamlığınız üçün zərərlidir, təhlükədir, onda nəyə görə, bunların qiyməti, aksiz dərəcələri artırılmasın? Hesab edirəm ki, istər spirtli içkilərin, istərsə də siqaret məhsullarının qiymətləri qaldırılmalıdır, elə edilməlidir ki, onları almaq, istifadə etmək halları azalsın, minimuma endirilsin”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124691

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031