Türkiyə parlamenti Xocalı ilə bağlı bəyanat yayıb

25.02.2019 - 23:00

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyası Xocalı qətliamı ilə bağlı bəyanat yayıb.
Türkiyənin Azərbaycandakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, sənəddə bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın Xocalı şəhərinə təşkil olunan hücumda 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla 613 günahsız Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirilib. 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. İtkin düşən 150 nəfərin taleyi bu günədək məlum deyil.
“Türkiyə olaraq Azərbaycanlı qardaşlarımızın bundan 27 il əvvəl Xocalıda qarşı qarşıya qaldıqları amansız təcavüz və qətliamı hər zaman qəlbimizin dərinliklərində hiss edir, bu kədəri ən səmimi hisslərimizlə bölüşürük. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən qətliamı və Azərbaycan torpaqlarının illərdən bəri davam edən işğalını qətiyyətlə pisləyirik”, – deyə bəyanatda qeyd olunub.
Sənəddə vurğulanıb ki, bəşər tarixinin qara səhifələrindən biri olan Xocalı qətliamı, nəticə etibarilə regionda sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik baxımından bu gün də problem olaraq qalmağa davam etməkdədir: “Dinc əhaliyə qarşı yönəldilən bu amansız, qeyri-insani zorakılıq və davam edən işğal nəticəsində bir milyona yaxın Azərbaycanlı qardaşımız öz yurdlarını tərk etmək məcburiyyətində qalıb və dörddəbir əsirdən çoxdur qaçqın həyatı yaşamağa məhkum edilib. Hadisənin şahidləri, qurbanları hələ də həyatdadır. Bu baxımdan Xocalıda baş verənlər tarixi bir hadisə deyil, günümüzün ağrılı reallığıdır”.
“İnsanlıq adına qanlı ləkə olan bu cür təcavüzkar aktların təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin BMT Təhlükəsizlik Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatının müvafiq qərarları çərçivəsində bu qətliama layiq olduğu qiyməti verməli və lazımi reaksiyanı göstərməli olduğunu bir daha vurğulayırıq. Azərbaycanlı qardaşlarımızla bu haqq mübarizələrində həmrəy olduğumuzu ifadə etmək istəyirik. Bu münasibətlə, bu hadisənin günahkarlarının beynəlxalq hüquq çerçivəsində məhkəməyə çıxarılması və Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından tez bir zamanda geri çəkilməsi çağırışımızı təkrar edirik. Xocalı qətliamında həyatını itirən Azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik, kədərli ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı diləyirik”, – deyə bəyanatda öz əksini tapıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127005

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2019
BE ÇA Ç CA C Ş B
« Fev    
 123
45678910
11121314151617
18192021222324
25262728293031