Bakıda güclü külək nə qədər davam edəcək?

18.03.2019 - 09:23

Bu gün Bakıda güclü külək müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Qaynarinfo-ya verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında külək martın 20-də axşam kəsiləcək.
Məlumata görə, martın 17-si axşamdan 19-u gündüzədək şimal-qərb küləyinin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, martın 18-də yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı, martın 20-də axşam kəsiləcəyi gözlənilir. Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında isə martın 20-si axşamadək arabir yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Short URL: http://www.cumhuriyyet.net/?p=127355

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728