“Çelsi” Bakıda “Arsenal”ı darmadağın etdi

30.05.2019 - 00:57

Bakı Olimpiya Stadionundakı həlledici qarşılaşmada İngiltərənin “Arsenal” və “Çelsi” komandaları üz-üzə gəlib. Matçı Canluka Rokkinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edib. Bakıdakı finalda ilk dəfə olaraq Avropa Liqasında Video-Köməkçi Hakim (VAR) sistemindən istifadə olunub.

Bu görüş London təmsilçilərinin 198-ci dueli idi. Bunların 76-da “Arsenal”, 63-də “Çelsi” qələbə qazanıb, 58 qarşılaşmada isə qalib müəyyənləşməyib.

Hakimlər: Canluka Roki, Filippo Melli, Lorentso Manqanelli, Daniele Orsato (hamısı İtaliya)

***

İlk hessə qolsuz başa çatıb. Matçın 49-cu dəqiqəsində “Çelsi” fərqlənib. “Arsenal”ın qapısından qolu Oliviye Jiru keçirib. Görüşün 60-cı dəqiqəsində “Çelsi” rəqibini ikinci dəfə mərkəzə dəvət edib. “Arsenal”ı ikinci dəfə Pedro Rodriqes cəzalandırıb.  “Çelsi” ardıcıl olaraq 3-cü dəfə  fərqlənib. Eden Azar “Arsenal”ın qapsından növbəti qolu keçirib. O, penaltidən fərqlənib. Daha sonra “Arsenal” “Çelsi” ilə görüşdə fərqi azaldıb. “Topçular”ın heyətində Aleks İvobi baxımlı qola imza atıb – 1:3. Amma “Çelsi” yenidən fərqi 3 topa çatdırıb. “Arsenal”ı Eden Azar mərkəzə dəvət edib. O, özünün ikinci, komandasının 4-cü qolunu vurub – 4:1.

“Arsenal” və “Çelsi” qarşılaşmasını  buradan izləyə bilərsiniz: 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128677

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930