Erməni ordusu Qarabağda itki verdi
Ermənistan ordusu işğal altındakı Azərbaycan ərazilərində itki verib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, iyulun 23-dən 24-nə keçən gecə döyüş mövqelərindən birində 2000-ci il təvəllüdlü Volodya Qamletoviç Qaloyanın meyiti tapılıb. Əsgərin odlu silahdan açılan atəş nəticəsində öldüyü bildirilir.
Lakin onun hansı şəraitdə ölməsi barədə açıqlanma verilmir. Qeyd edək ki, bu, son günlər Ermənistanın Qarabağda verdiyi dördüncü itkidir. Lakin erməni ekspertlər hesab edirlər ki, itkilərin əksəriyyəti açıqlanmır.
Short URL: http://www.cumhuriyyet.net/?p=130117