Azərbaycan Dünya Bankından yeni kreditin alınması ilə bağlı danışıqlara başlayıb

24.07.2019 - 18:49

Dünya Bankı qrupunun nəqliyyat üzrə missiyası Azərbaycana gəlib.

“Report”un məlumatına görə, Aymen Ahmed Osman Alinin rəhbərlik etdiyi missiya bu həftənin əvvəlindən Bakıda görüşlər keçirir.

İyulun 25-də Bakını tərk edəcək missiyanın “Azərbaycan Dəmir Yolları” QSC və digər aidiyyəti qurumlarda görüş keçirdiyi bildirilir.

Məlumata görə, danışıqlarda əsas mövzu Dünya Bankı Bakıdan Azərbaycanın Cənubuna uzanan dəmiryolu xətti şəbəkəsinin yenidənqurulması üçün kredit ayrılmasıdır. Hazırda kreditin məbləği və digər şərtləri ilə bağlı müzakirələr aparılır.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirmişdir ki, hal-hazırda Dünya Bankından Bakı-Astara-İran dövlət sərhədi dəmir yolunun bir hissəsinin rekonstruksiyası üçün kreditin alınması imkanı nəzərdən keçirilir.

Onun sözlərinə görə, rekonstruksiya işləri üçün vəsaitin bir hissəsini dövlət büdcəsindən ayırmaq planlaşdırılır: “Ümumilikdə, rekonstruksiya yolun 243 kilometrlik hissəsini əhatə edəcək. Bu işlər nəticəsində dəmir yolu genişlənərək ikixətli olacaq”.

C.Qurbanov əlavə edib ki, Lənkəran rayonu ərazisində Bakı-Astara dəmir yolunun yeni sahəsinin layihələndirilməsi ilə bağlı xarici şirkətlərlə iş aparılır. Layihələndirmə 2019-cu ilin sonunadək başa çatacaq.

Xatırladaq ki, bundan öncə Bakı-Yalama-Bakı dəmiryolu xəttinin yenidən qurulması üçün hökumət Asiya İnkişaf Bankından (ADB) 450 mln dollar vəsait cəlb edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=130173

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728