Müdafiə Nazirliyindən MİQ-29 açıqlaması: “Axtarışlar davam edir”

30.07.2019 - 12:04

Pilotun yaxınları müdafiə naziri Zakir Həsənovla görüşüblər; Qabil Hüseynli: “Ümidliyik…”

İyulun 24-ü axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin “MİQ-29″ təyyarəsinin və pilotun axtarışları davam edir. Bu barədə ”Yeni Müsavat”a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Qeyd edək ki, təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli də mətbuata açıqlamasında axtarışların davam etdiyini deyib. “Axtarışlar hərtərəfli aparılır. Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin heyəti axtarışlar aparırlar”, – deyən Q.Hüseynli axtarışların nəticə verəcəyinə ümid etdiklərini bildirib.

Politoloq deyib ki, axtarışlara müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəxsən nəzarət edir.

Q.Hüseynli ile ilgili görsel sonucu

“Axtarış zonasının əhatə dairəsi xeyli kiçilib”. Q.Hüseynli bunu Lent.az-a açıqlamasında söyləyib. O bildirib ki, təyyarənin düşdüyü ehtimal olunan əhatə dairəsinin eni 20 km, uzunluğu 25 km müəyyənləşdirilib: “Ehtimal edilən yerin xeyli hissəsi axtarılıb və iş görülüb. Bəlkə də obyektin düşdüyü yerə yaxınlaşılıb. Əgər bu gün belə təyyarə tapılsa, onun çıxarılması 2-3 gün vaxt alacaq. Çünki təyyarə qumun içərisinə girib və üstü qum ilə örtülüb. Bu, samanlıqda iynə axtarılan kimi bir şeydir”.

“Cənab nazir Zakir Həsənovla görüşün detalları barədə bir söz deyə bilmərəm. Bub sırf texniki məsələdir. Onu deyə bilərəm ki, çox sürətli və səmərəli axtarış işləri aparılır”. Bunu Modern.az-a açıqlamasında Qabil Hüseynli  deyib. “Ümidim var ki, çox yaxın vaxtlarda nəticələr ortaya qoyula bilər. Ailəsi olaraq hələ də Rəşad Atakişiyevin sağ qaldığına ümidliyik. Çünki ümid son anda ölür. Ümidimizi Allaha tapşırmışıq”-Q.Hüseynli bildirib.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb.

Qəzaya uğramış hərbi təyyarənin pilotunun ailə üzvləri və yaxınları təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında müdafiə naziri Zakir Həsənov ilə görüşüblər.

Görüş zamanı pilotumuzun yaxınları “Təki, Vətən sağ olsun! Övladımızın xidməti ilə şərəf duyuruq!” deyərək, göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

MİQ-29 hərbi təyyarələri Azərbaycanın əsas döyüş təyyarələridir. Azərbaycan bu təyyarələri müxtəlif illərdə Ukraynadan alıb. Bu təyyarələr keçmiş SSRİ-də istehsal olunurdu. Demək olar ki, həmin təyyarələr köhnəlib, bir çox ölkələr, hətta Rusiyanın özü daha modern təyyarələrin istehsalına üstünlük verir. Ona görə də son qəzadan sonra Azərbaycanda belə fikirlər səslənir ki, MİQ-29 təyyarələrindən imtina etmək lazımdır. Çünki Azərbaycanda olan MİQ 29 təyyarələrindən 2-si artıq qəzaya uğrayıb. Demək qəzalar davam edə bilər. Təsadüfi deyil ki, son qəzadan sonra Azərbaycan Hərbi Hava Qüvvələri MİQ-29-un uçuşlarını dayandırıb.

Bəs  qəza ehtimalı yüksək olan MİQ-29-un istifadəsi ölkəmizdə birdəfəlik məhdudlaşdırıla bilər?

Üzeyir Cəfərov ile ilgili görsel sonucu

Hərbi ekspert Üzeyir Cəfərov modern.az-a açıqlamasında bildirib ki, , MİQ-29-un istifadədən çıxarılması bizə ziyan gətirə bilər.

“Dünyada ümumi qəbul edilmiş qayda var ki, ölkənin hava məkanında istifadə olunan təyyarələrdən biri qəzaya uğrayırsa, həmin modifikasiyadan olan təyyarələrin hamısının uçuşu müvəqqəti  dayandırılır. Azərbaycanda da  qayda tətbiq olunur. MİQ-29 qəzaya uğradıqdan sonra bu təyyarələrin uçuşunun dayandırılmasına səbəb digər növlərdə də eyni nasazlığın yaranmasının qarşısını almaqdır. MİQ-29-un təkrar istifadə edilib-edilməməsinə isə komandanlıq qərar verəcək.  Belə hesab edirəm ki, həmin təyyarəlıər hələ Azərbaycana xeyir verə bilər. Bir müddət sonra, yəqin ki, onlar istismardan çıxarılacaq, çünki daha yeni növ təyyarələr alınır. Hansı ölkələrin ki, hərbi sənayesi inkişaf edir, məsələn, İtaliya, Fransa, Pakistan kimi ölkələrdən yeni növ təyyarələrin alınması ilə bağlı danışıqlar aparılır. Birdən-birə MİQ-29-un istifadədən çıxarılması bizim ziyanımızadır. Çünki onların bəziləri hazırda döyüş tapşırırğını, növbətçiliyi yerinə yetirir”.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.(Yeni Müsavat)

Short URL: http://www.cumhuriyyet.net/?p=130798

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728