Rusiyalı ekspert: “Nikol Paşinyanın bəyanatı danışıqları sıfırlamaq deməkdir”

08.08.2019 - 19:24

“Nikol Paşinyanın bəyanatı siyasi təxribatdır və Ermənistan baş nazirinin Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq normaları çərçivəsində həll etmək fikrində olmadığına dəlalətdir”.

Bunu “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində Rusiyanın tanınmış hərbi eksperti Yuri Korotçenko Ermənistan baş naziri Nikol Paşinyanın Xankəndinə gəlməsini və hədələyici çıxışını şərh edərkən bildirib.

“Əslinə qalsa, Paşinyanın “Qarabağ Ermənistandır” sözləri Azərbaycanın əzəli torpaqlarını ilhaq edib qamarlamaq cəhdindən xəbər verir. Burada beynəlxalq hüquq normalarını vecinə almayan işğalçı niyyət qarşımıza çıxır. Bu cür siyasət qəbuledilməzdir, beynəlxalq birlik belə mövqe ilə əsla razılaşa bilməz”, – rusiyalı ekspert deyib.

O, N.Paşinyanın bu bəyanatla danışıqlar prosesini tamamilə pozduğunu söyləyib.

“Bu, Ermənistan tərəfindən danışıqları sıfırlamaq deməkdir. Vəziyyət kökündən dəyişir. Açıq-aşkar şəkildə işğal etdikləri torpaqları Ermənistana birləşdirməyə hazır olduqlarını bəyan edir. Yəni əvvəlki dövr ərzində görülən bütün işləri puç edirlər. Belə davranışlar Paşinyanın və bütövlükdə Ermənistan hökumətinin naşılığını ortaya qoyur”, – hərbi ekspert vurğulayıb.

Y.Korotçenko fikrini belə tamamlayıb: “İşğalçı ölkə olan Ermənistan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq, BMT-nin qətnamələri çərçivəsində həll etmək fikrində deyil. Bu, xəbis niyyətlərini büruzə verən təcavüzkarın mövqeyidir. Paşinyanın bəyanatı məhz bu cür dəyərləndirilməlidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131881

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930