Rusiyada keçirilən beynəlxalq yarışda Ermənistan Azərbaycana qarşı təxribata əl atıb – FOTO

10.08.2019 - 17:34

Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarında Ermənistan Azərbaycana qarşı növbəti təxribata əl atıb.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bu dəfə ermənilər öz stendlərində Azərbaycan milli musiqi alətlərini və məişət əşyalarını öz tarixi alətləri kimi “Beynəlxalq Ordu Oyunları – 2019” yarışının iştirakçılarına təqdim edirlər.

Belə ki, musiqi alətlərindən tar, saz, kamança və tütək tarixi erməni milli musiqi aləti kimi göstərilir. Bundan başqa məişət əşyalarından “Sənək” də erməniləşdirilib.

Bu fakt barədə təşkilatçılar məlumatlandırılsada hələdə müsbət nəticə əldə edilməyib.

Qeyd edək ki, avqustun 3-də Moskva vilayətinin Kubinka rayonunda yerləşən Alabino poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları start götürüb.

Xatırladaq ki, Qeyd edək ki, bundan əvvəl “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində nümayiş olunan stenddə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını öz ərazisi kimi təqdim etmişdi və Azərbaycan tərəfinin müdaxiləsindən sonra həmin xəritə stenddən yığışdırılmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=131955

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31