“Sabah” klubunun baş məşqçisi istefa verib

16.09.2019 - 09:48

Azərbaycan Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib.

APA-nın məlumatına görə, “Sabah” Futbol Klubunun baş məşqçi postunda dəyişiklik edilib.
Əsas komandamızın baş məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək. Qərar klub rəhbərliyilə təcrübəli mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub. Ötən mövsüm Premyer Liqada debüt edən “Sabah”ın formalaşmasında, komandanın qurulmasında böyük əməyi olan Elşad Əhmədovun mütəxəssis kimi bilik və bacarığına klubun inkişafında ehtiyac var.
Əsas komandanın baş məşqçi postu müvəqqəti olaraq əvəzedici komandamızın baş məşqçisi Rövşən Babayevə həvalə olunub. Yaxın günlərdə klubumuzun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək. İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=133081

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31