Məişət əşyaları daşıyan Təcili Tibbi Yardım NAZİRLİYİN DEYİL

24.09.2019 - 11:31

Bəzi KİV-də arxasına məişət əşyaları yüklənən Tibbi Tibbi Yardım avtomobilinin Səhiyyə Nazirliyinə məxsus olması barədə məlumatlar yayılıb.

Bu barədə “Cümhuriyyət”ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sözügedən avtomobil nazirliyə məxsus deyil:

“Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım avtomobillərinin hər birinin üzərində bort nömrəsi olur, yayılan şəkildəki avtomobilin üzərində isə bort nömrəsi yoxdur. Eyni zamanda Səhiyyə Nazirliyinə məxsus Təcili Tibbi Yardım avtomobillərinin arxa qapılarının üzərindəki xətlər qırmızı rəngdədir, şəkildəki avtomobilin arxa qapılarının üzərindəki xətlər isə göy rəngdədir”.

Məlumatda həmçinin bildirilib ki, avtomobil Bakı şəhərində fəaliyyət göstərən başqa klinikalara məxsus ola bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=133500

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31