İTV-nin yanğın zamanı zəhərlənən əməkdaşı xəstəxanadan evə buraxılıb
Dünən gecə saatlarında İctimai Televiziyadan tüstüdən boğulma diaqnozu ilə xəstəxanaya gətirilən şəxs evə buraxılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilən xəstəyə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Qeyd edək ki, dünən Bakının Yasamal rayonu Şərifzadə küçəsində, İctimai Televiziyanın yerləşdiyi binada yanğın baş verib. Hadisə zamanı televiziyanın iki əməkdaşı tüstüdən zəhərlənib.
Short URL: http://www.cumhuriyyet.net/?p=133736