BŞBPİ-nin İdarə rəisi: “Qanunsuz aksiya cəhdinin qarşısı polis tərəfindən qətiyyətlə alınıb, saxlanılanlar var”

19.10.2019 - 16:26

“İki gün öncə televiziya vasitəsilə də tərəfimdən müraciət olunmuşdu ki, Bakı şəhəri “28 May” metrostansiyasının qarşısında heç bir aksiya keçirilməyəcək. Bir daha xatırladıram ki, metronun mühafizə zonasına daxil olan heç bir yerdə heç bir aksiya keçirilə bilməz.

Bununla bağlı çıxış elədim və ictimaiyyəti məlumatlandırdım”.

APA-nın məlumatına görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı deyib.

İdarə rəisinin sözlərinə görə, cəhd edən insanlar olub, onların da qarşısı polis tərəfindən qətiyyətlə alınıb: “Saxlanılanlar var, onların haqqında da tədbir görüləcək. Onlar təxribat yaratmaq məqsədilə ictimai asayişi pozmağa cəhd etdilər, qarşıları da qətiyyətlə alındı. Hesab edirəm ki, mitinq keçirmək istəyirlərsə, onlar üçün çox yaxşı münasib yer ayrılmışdı”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=134948

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031