“Qarabağ” uduzub, Azərbaycan yerində qalıb, Kipr irəliləyib

08.11.2019 - 10:06

Avrokubokların qrup mərhələsinin IV turundan sonra UEFA reytinqi açıqlanıb.

APA-nın məlumatına görə, Çempionlar Liqasında 16, Avropa Liqasında 24 qarşılaşma cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

Bu dəyişikliklər 15-19-cu yerlərdə qərarlaşan ölkələri əhatə edib. Azərbaycan çempionu “Qarabağ” üzərində 2:1 hesablı əzmkar qələbə qazanan APOEL-in sayəsində Kipr 15-ci sıraya yüksəlib. Bu mövqe isə avrokuboklarda 4 deyil, 5 komanda ilə təmsil olunmaq hüququ verir.

Kipr kimi Xorvatiya 1, Şotlandiya isə 2 pillə irəliləyib. Yunanıstanla Serbiya isə 2 addım geri düşüb.

Azərbaycanın mövqeyi isə dəyişməyib. “Qarabağ”ın Avropa Liqasında APOEL-ə uduzması əmsalımıza xal gətirməyib. Azərbaycanın cari mövsümdəki əmsalı 3,125-ə bərabərdir. Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz isə 18,500-dür.

Azərbaycan bununla da Avropada 26-cı sırada qalıb. Hərçənd “Qarabağ” heç-heçə etsəydi Qazaxıstanı (18,750) əlavə göstəricilər görə, qalib gəlsəydi həm də Belarusu (18,875) keçərək irəliləyəcəkdi.

Qeyd edək ki, cədvəlin ilk pilləsində İspaniya qərarlaşıb – 92,140.

yer ölkə 15/16 16/17 17/18 18/19 19/20 reytinq komamda
1 İspaniya 23.928 20.142 19.714 19.571 8.785 92.140 7/ 7
2 İngiltərə 14.250 14.928 20.071 22.642 9.285 81.176 7/ 7
3 Almaniya 16.428 14.571 9.857 15.214 7.714 63.784 7/ 7
4 İtaliya 11.500 14.250 17.333 12.642 6.071 61.796 6/ 7
5 Fransa 11.083 14.416 11.500 10.583 5.666 53.248 5/ 6
6 Portuqaliya 10.500 8.083 9.666 10.900 6.700 45.849 5/ 5
7 Rusiya 11.500 9.200 12.600 7.583 3.500 44.383 4/ 6
8 Belçika 7.400 12.500 2.600 7.800 6.000 36.300 4/ 5
9 Hollandiya 5.750 9.100 2.900 8.600 7.800 34.150 4/ 5
10 Ukrayna 9.800 5.500 8.000 5.600 4.200 33.100 3/ 5
11 Türkiyə 6.600 9.700 6.800 5.500 3.200 31.800 4/ 5
12 Avstriya 3.800 7.375 9.750 6.200 3.600 30.725 3/ 5
13 Çexiya 7.300 5.500 5.500 6.500 2.500 27.300 1/ 5
14 Danimarka 5.500 8.500 5.250 4.875 2.875 27.000 1/ 4
15 Kipr 3.000 5.500 7.000 6.125 4.125 25.750 1/ 4
16 Şotlandiya 3.000 4.375 4.000 6.750 7.500 25.625 2/ 4
17 Yunanıstan 5.400 5.800 5.100 5.100 3.900 25.300 1/ 5
18 Xorvatiya 4.500 5.125 5.125 5.750 4.375 24.875 1/ 4
19 Serbiya 4.250 2.875 6.375 6.000 5.250 24.750 2/ 4
20 İsveçrə 5.300 4.300 6.500 3.900 3.600 23.600 3/ 5
21 İsveç 4.750 2.750 5.375 4.125 4.750 21.750 1/ 4
22 Norveç 7.250 1.375 4.000 5.375 3.500 21.500 1/ 4
23 İsrail 2.250 6.750 5.625 2.625 2.375 19.625 4
24 Belarus 5.125 3.000 3.250 5.000 2.500 18.875 4
25 Qazaxıstan 4.625 2.750 4.250 4.250 2.875 18.750 1/ 4
26 Azərbaycan 4.375 4.250 4.375 2.375 3.125 18.500 1/ 4
27 Bolqarıstan 1.000 4.250 4.000 4.000 3.625 16.875 1/ 4
28 Polşa 5.500 3.875 2.875 2.250 2.125 16.625 4
29 Slovakiya 3.750 2.125 1.875 5.125 3.000 15.875 1/ 4
30 Rumıniya 2.250 3.300 2.900 2.375 4.875 15.700 1/ 4
31 Lixtenşteyn 5.000 2.500 2.000 1.500 2.500 13.500 1
32 Sloveniya 1.000 2.250 4.625 3.125 2.000 13.000 4
33 Macarıstan 1.625 1.875 1.625 3.250 4.000 12.375 1/ 4
34 Litva 0.750 0.500 2.375 2.625 1.625 7.875 4
35 Lüksemburq 0.750 0.750 0.875 2.625 2.750 7.750 1/ 4
36 Ermənistan 1.625 1.125 0.625 1.500 2.750 7.625 4
37 Latviya 1.625 1.375 0.750 1.625 2.250 7.625 4
38 Albaniya 2.125 0.875 2.625 1.000 0.750 7.375 4
39 Şimali Makedoniya 1.500 1.250 3.125 1.000 0.500 7.375 4
40 Bosniya-Herseqovina 1.500 0.500 1.375 2.000 1.500 6.875 4
41 Moldova 1.250 0.875 2.750 1.125 0.750 6.750 4
42 İrlandiya 0.700 2.625 1.125 1.000 1.250 6.700 4
43 Finlandiya 1.000 1.750 1.250 0.875 1.625 6.500 4
44 Gürcüstan 0.625 1.125 0.125 1.625 2.250 5.750 4
45 Malta 0.875 1.250 1.375 1.500 0.750 5.750 4
46 İslandiya 1.125 1.000 1.125 1.500 0.625 5.375 4
47 Uels 1.500 1.000 0.500 1.000 1.000 5.000 4
48 Şimali İrlandiya 0.750 0.500 0.750 0.500 2.375 4.875 4
49 Cəbəllütariq 0.750 1.500 0.500 1.000 1.000 4.750 3
50 Monteneqro 1.000 0.875 1.125 0.375 1.000 4.375 4
51 Estoniya 1.000 1.375 0.625 0.500 0.875 4.375 4
52 Kosovo 0.000 0.000 0.000 2.500 1.500 4.000 2
53 Farer adaları 0.375 0.375 0.750 1.125 1.125 3.750 4
54 Andorra 0.166 0.166 0.166 0.833 1.500 2.831 3
55 San Marino 0.000 0.000 0.166 0.500 0.000 0.666 3

Short URL: http://www.cumhuriyyet.net/?p=136106

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728