Arif Hacılı: “Biz Avropada olan 200-dən az müsavatçının yalnız partiya üzvü olduğunu bildirmişik”

19.11.2019 - 13:51

“Qəzetlərdə yazırlar ki, 13 min adam Müsavat Partiyası tərəfindən Avropaya göndərilib. Bu, ağ yalandır. İndiyə qədər Müsavat Partiyası tərəfindən Avropaya bir nəfər də göndərilməyib”.

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Müsavat başqanı Arif Hacılı deyib.

O bildirib ki, Müsavat Partiyasının rəhbərliyinə qarşı uzun müddətdir ki, ittihamlar irəli sürülüb: “Bir neçə ildir ki, partiyaya qarşı mühacir mövzusunda kampaniya aparılır. Respublika Prokurorluğunda bu məsələ ilə bağlı cinayət işi başlanılıb. Həmin cinayət işi çərcivəsində məndən başqa İsa Qəmbər, Gülağa Aslanlı, AXCP sədri Əli Kərimli və s. dindirilib. “Yeni Müsavat” qəzeti bizə qarşı uzun müddətdir ki, bu kampaniyanı aparır”.

Müsavat başqanı bildirib ki, partiya mühacirətə getmək istəyən üzvlərini bu addımı atmamağa çağırıb: “Biz Avropada olan 200-dən az müsavatçının yalnız partiya üzvü olduğunu bildirmişik. Bunu da rəsmi sorğulara cavab verərkən qeyd etmişik. Həmin şəxslərin vəkilləri və nümayəndələri rəsmi qaydada bizə müraciət edəndə biz araşdırıb, onların sorğularına cavab vermişik”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=136758

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728