RÜSTƏMOVLA ƏMİROV RƏQƏMLƏRİ ÇAŞ-BAŞ SALDILAR – Prezidentin sualı baş bankiri çətin duruma saldı +VİDEO

14.01.2020 - 15:16

Yanvarın 13-də Prezident İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bir çox iqtisadi göstəricilər müzakirə olunub.

“AzPolitika.info” xəbər verir ki, ölkə başçısı çıxış edən məmurların əksəriyyətinə öz iradlarını bildirərək, ayrı-ayrı sahələrdəki nöqsanları açıqlayıb və görülməli olan tədbirlərə dair tapşırıqlar verib.

Prezident müşavirədə Mərkəzi Bankın(MB) sədri Elman Rüstəmova bank sektorundakı dollarlaşmanın səviyyəsilə bağlı sual verib. Mətbuat konfranslarında əhali üçün anlaşılmaz olan müxtəlif iqtisadi terminlər səsləndirməyi sevən və rəqəmlərlə az qala “janqlyorluq” edən “baş bankir” ya həyəcandan, ya da hansısa digər səbəbdən ölkə başçısının adi sualına cavab verməkdə çətinlik çəkib.

Hansı ki, dollarlaşma səviyyəsi kifayət qədər strateji göstərici sayılır və MB sədrinin bunu əzbər bilməsi gərəkdir. E.Rüstəmov isə Prezidentin sualına dərhal cavab verməkdə çətinlik çəkib. Əvvəlcə əmanətlərdə dollarlaşma səviyyəsinin 6 faizə qədər azaldığını deyən E.Rüstəmov, sonradan qarşısındakı kağıza baxaraq, bu rəqəmin 12 faiz olduğunu bildirib.

Müşavirədə iştirak edən ölkə başçısının müşaviri Natiq Əmirov da bu suala dəqiq cavab verməkldə çətinlik çəkib. Ölkənin maliyyə, bank, ümumilikdə iqtisadi sektoruna cavabdeh olan bu məmurlar gah 53 faiz, gah 55 faiz, gah da 63 faiz rəqəmləri səsləndiriblər.

Nəhayət, E.Rüstəmov qarşısındakı kağızlara baxandan sonra deyib ki, kreditlərin dollarlaşması 38 faizdən 35 faizə, fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi isə 62 faizdən 54 faizə enib.

Həmin müzakirənin stenoqramını və videoçəkilişini təqdim edirik:

Prezident İlham Əliyev: Dollarlaşma ilə bağlı vəziyyət necədir? Çünki bir neçə il bundan əvvəl haradasa dollarda qoyulan əmanətlərin həcmi 80 faizi ötürdü. İndi vəziyyət necədir?

Elman Rüstəmov: Cənab Prezident, dollarlaşma azalmaqda davam edir, bu, daha çox əmanətlərdə hiss olunur.

Prezident: Bəli, əmanətlərdə.

Elman Rüstəmov: Bilirsiniz ki, əmanətlərdə faiz dərəcələri daha yüksəkdir. Biz görürük ki, kreditlərdə təxminən 3 faizə qədər, əmanətlərdə daha çox, 6 faizə qədər dollarlaşma səviyyəsi aşağı düşüb.

Prezident: Faiz nisbəti nə qədərdir?

Elman Rüstəmov: Bu gün təxminən cənab Prezident….

Prezident İlham Əliyev: 55% Natiq Əmirov?

İclas iştirakçıları: 50-55%

Prezident İlham Əliyev: 55%?

Elman Rüstəmov: Cənab Prezident icazənizlə rəqəmə baxardım…

Natiq Əmirov: 63%-ə düşüb

Elman Rüstəmov (qarşısındakı kağızda yazılanları oxuyur): Kreditlərin dollarlaşması 38 faizdən 35 faizə düşüb, fiziki şəxslərin əmanətlərində isə 62 faizdən 54 faizə enib. Təxminən 12 faizə qədər düşüb.

Prezident İlham Əliyev: Uçot dərəcəsi də iki dəfə aşağı düşüb.

Elman Rüstəmov: Son iki ildə.

Prezident İlham Əliyev: Bəli, bu il də yəqin ki, bu meyil davam etdiriləcək.

Elman Rüstəmov: Təbii ki, cənab Prezident, inflyasiya səviyyəsindən, inflyasiya proqnozunun yerinə yetirilməsindən asılı olaraq yumşaltma prosesi davam etdirilə bilər…

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=140740

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031