Operativ Qərargah: Bakıda bəziləri müqavimət göstərib və karantindən imtina edib

06.03.2020 - 16:41

Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər davam etdirilir.

Bu barədə virtualaz.org-a  Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.

Qeyd olunub ki, hazırda bununla bağlı müvafiq maarifləndirici, eyni zamanda tibbi baxımından tədbirlər həyata keçirilir, ictimai məkanlarda dezinfeksiya işləri aparılır və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq digər zəruri addımlar atılır:

“Qeyd edək ki, Azərbaycan ərazisinə keçən şəxslər, həmçinin ölkə ərazisindəki vətəndaşlarda virusun əlamətləri aşkarlandıqda təlimata uyğun olaraq karantinə götürülərək müvafiq xəstəxanalara yerləşdirilir, həmin müddətdə müəyyən testlər və müalicə aparılır.

Təəssüflə bildiririk ki, koronavirus xəstəliyinin əlamətləri olan şəxslər bəzi hallarda həkim briqadalarına qarşı zor tətbiq edir, çağırışa gələn təcili tibbi yardım heyətinə qarşı müvaqimət göstərərək həkim nəzarətinə götürülməkdən yayınmağa çalışır.

Bununla əlaqədar əhaliyə müraciət edərək bildiririk ki, virusun əlaməti aşkarlanan şəxsin həkim nəzarətinə götürülməsi onun müalicəsinin aparılması zərurəti ilə yanaşı, ailə üzvlərinin, ətrafdakı şəxslərin virusa yoluxmaması baxımından vacibdir. Bununla həmin şəxs özü və yaxınlarının səhhətinin qeydinə qalmış, həmçinin virusun ölkə ərazisində yayılmasının qarşısını almış olacaq.

Qeyd edirik ki, karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə mane olan hər bir şəxsə qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcək. Eyni zamanda vətəndaşlarımıza virusdan qorunmaq üzrə gigiyena təlimatlarına riayət etməyi, insanların kütləvi toplaşdığı məkanlarda olmamağı, ciddi zərurət yaranmadığı halda xarici ölkələrə səfərlərini müvəqqəti ertələməyi tövsiyə edirik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=143641

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31