Bakı toyxanalarında koronavirus yoxdur, vur çatlasın, çal oynasın var

09.03.2020 - 12:27

Ötən ilin dekabrında Çində peyda olan və bu günədək 101 ölkədə 105 min nəfərə yoluxan ölümcül koronavirus (COVID-19) səbəbindən bir çox ölkədə kütləvi tədbirlər, o cümlədən toylar təxirə salınıb. Hətta dünyanın məşhur cütlükləri də koronavirus təhlükəsinin davam etdiyi ərəfədə toydan imtina ediblər. Azərbaycanda da kütləvi tədbirlər, həmçinin konsert və tamaşalar  təxirə salınıb, təhsil müəssisələrində martın 27-nə kimi tətil elan olunub.  Lakin toylar hələ də davam edir. Baxmayaraq ki, toylar da insanların kütləvi toplaşdığı tədbirlərdən biridir, hər toyda azı 200-250 nəfər iştirak edir, üstəlik belə məclislərdə görüşüb-öpüşmək adətdəndir. Beləliklə də toylar hazırda yoluxma baxımından risk mənbəyi sayıla bilər.

Virtualaz.org şadlıq sarayları ilə əlaqə saxlayıb, koronavirus səbəbindən toyların təxirə salınıb-salınmadığını öyrənib.  Bəlli olub ki, yerlər ötən ilin noyabr-dekabrından sifariş edildiyindən koronavirus  toy biznesinə elə də ciddi təsir göstərməyib. Şadlıq saraylarında hər həftə toy mərasimi keçirilir.

«Niyə təxirə salaq ki?»

Nizami rayonu ərazisindəki “Xudafərin” şadlıq sarayından əvvəlcə bildiriblər ki, toylar təxirə salınmayıb, hətta gələcək aylar üçün yer sifarişi də qəbul olunur. “Bu ay üçün yerlər var, siz yenə də gəlib burda danışa bilərsiz”, -şadlıq sarayının əməkdaşı deyib. Lakin mətbuatdan olduğumuzu söyləyəndən sonra məlumat verməkdən imtina ediblər. “Onsuz da hər gün toy keçiirmirlər ki”,-deməklə telefonu söndürüblər.

“Mübarək” şadlıq sarayından da koronavirus səbəbindən toyların təxirə salınmadığını, ötən gün toy mərasimi keçiridiyini deyiblər.  Amma əlavə ediblər ki, rəsmi qərar veriləndən sonra yerinə yetirməyə hazırdılar. “Biz də biirik ki, rəsmi qərar olarsa icra etməliyik”.

“Xan qızı” sarayından da dünən toy olduğunu, məclisərin təxirə salınmadığını deyiblər. Sarayın özünü təqdim etmək istəməyən əməkdaşı üstəlik mətbuatı təşviş yaratmaqda günahlandırıb. “Biz də izləyirik, xəbərimiz var. Görünür, toyların təxirə salınmasına ehtiyac yoxdur, yoxsa qərar verərdiər”.

8 Marta görə restoranlar dolub

“Kral” şadlıq sarayının əmədaşı isə bildirib ki, toylar təxirə salınmayıb, amma digər aylara nisbətən sifarişər azalıb. “Kimə demək olar ki, neçə aydır planlaşdırdığın toyu təxirə sal? Siz baxın görün Bakıdakı restoranlarda, kafelərdə yer var? Hamı 8 Mart — Qadınlar bayramına görə bir həftə  əvvəldən yer sifariş verib. Bütün ticarət mərkəzləri adamla doludur, günün istənilən saatında oturmağa yer tapmırsan. Niyə təkcə şadlıq evləri ilə maraqlanırsız”,-şadlıq sarayının əməkdaşı belə cavab verib.  

“Ballı saray”da vəziyyət eynidir, burada hər gün toy, nişan mərasimləri keçirilir. Sarayın əməkdaşı and-aman edir ki, təmizliyə maksimum riayyət edirlər, buna görə də virusdan söhbət gedə bilməz. “İstəsəz gəlib özünüz baxa bilərsiz”,-əməkdaşın biri bizi müştəri hesab edərək vəziyyət belə izah edib.

“Oscar” sarayından isə toy keçirildiyini deməklə kifayətləniblər.

“Monolit Plaza” şadlıq sarayından isə mart ayında toy və nişan mərasimlərinin daha az olduğunu bildiribər.

Neçə aydır hazırlıq gedir

“Şuşa” restoranından isə deyiblər ki, onlarda nişan, xınayaxdı mərasimləri keçiriir, hələlik heç kim narazı qalmayıb. Restoranda xınayaxdı keçirənlərdən birinin yaxınları da danışıblar. Onların sözlərinə görə, bu ayın 15-nə toy təyin ediblər, dəvətnamə paylanııb. “Evin bir oğludur, neçə aydır bu günü gözləyirik. Rusiyadan əmiləri gələcək. Cəmi 15 gün əvvəl nişan elədik, nişandan sonra kim öldü ki, toyu da təxirə salaq? Xarici ölkələrə baxmayın, bizdə ölən yoxdur. Olsaydı biz də eşidərdik” .

Belə məlum olub ki, rəsmi qadağalar olmasa toylar təxirə saınmayacaq,  koronavirus təhlükəsi nə toy edənəri, nə də restoran sahiblərini narahat etmir.

Ü.Xudiyeva

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=143739

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930