Şəhər və rayonlararası sərnişindaşıma dayandırılıb

24.03.2020 - 16:23

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 23 mart 2020-ci il tarixli Qərarına uyğun olaraq 24 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə üzrə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırılır.

“Report” xəbər verir ki, bu barədə məlumatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova yayıb.

Onun sözlərinə görə, ölkə ərazisində 617 marşrut üzrə şəhərdaxili və rayondaxili daşımalarda fəaliyyət göstərən avtobuslar, həmçinin qanunvericiliyə uyğun müvafiq qaydada işləyən taksi nəqliyyat vasitələri və sözügedən marşrut xətlərini əlaqələndirən avtovağzal və və avtostansiya kompleksləri adi iş rejimində çalışacaq: “Belə ki, hər hansı şəhər və ya rayon ərazisində fəaliyyət göstərən daxili marşrutlar adi qaydada fəaliyyətlərini davam etdirəcək. Sərnişinlərin şəhər və ya rayon mərkəzindən həmin şəhərin kənd və qəsəbələrinə gediş-gəlişi təmin ediləcək”.

“Eyni zamanda bildiririk ki, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində sərnişindaşımaya məhdudiyyət olmadığından onları əlaqələndirən marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti adi rejimdə davam edəcək və sərnişin axınına uyğun avtobusların sayı tənzimlənəcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq sərnişinlərdən xahiş edirik ki, zəruri səbəbləri yoxdursa nəqliyyat vasitələrindən maksimum az istifadə etsinlər”, – N.Allahyarova qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144338

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930