Oqtay Şirəliyev: “Daha sərt tədbirlər olmasa xəstələrin sayı on, yüz minlərlə arta bilər”

25.03.2020 - 09:27

“Koronavirusla bağlı testləri gecə ilə Türkiyədən Azərbaycana gətirdik və ilk xəstələri də bu testlərin köməyi ilə müəyyən edə bildik”. “Report” xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin “Hədəf” proqramında bildirib.

Nazirin sözlərinə görə, ilk günlərdən onlar izolyasiyaya götürüldü və müalicələri başladı: “Məhz bunun nəticəsidir ki, neçə xəstə artıq sağalaraq evə göndərildi. Qalanların arasında xəstəliyin müsbət gedişi onu deməyə əsas verir ki, tezliklə onlar da sağalacaq.

Açıq demək lazımdır ki, xəstəliyin gedişatı və başqa ölkələrin təcrübəsi, proqnozlar göstərir ki, daha ciddi sərt tədbirlər olmasa vəziyyət tam dəyişə bilər. Xəstələrin sayı on, yüz minlərlə arta bilər. O cümlədən inkişaf edən ölkələrin səhiyyəsi də bunu çatdıra bilməz”.

Səhiyyə naziri deyib ki, hər kəs artıq xəstəlik və onun mənbəyi haqqında məlumatlıdır. Azərbaycanda görülən qabaqlayıcı tədbirlər nəticəsində koronavirus pandemiya halını almamışdan qabaq epidemiyanın alovlanmasının qarşısı vaxtında alınd”.

Nazir bildirib ki, bu günə qədər koronavirusla bağlı 10 minə qədər laborator test edilib. Xaricdən gələnlər hamısı həkim nəzarətindədir. O.Şirəliyev qeyd edib ki, başqa xəstəliklər ləğv edilməyib: “İnsanlar bütün hallarda həkimə müraciət edə bilərlər”.

Onun sözlərinə görə, bu gün ölkədə heç bir qıtlıq müşahidə olunmur: “Azərbaycana nə lazımdırsa ölkəyə gətirilir. Bu da ciddi nəzarət altında həyata keçirilir”. O.Şirəliyev qeyd edib ki, Nazirlər Kabineti yanında operativ qərargahla mövcud qərarları hazırlayanda bu işə həssas şəkildə yanaşırdıq.

Nazir bildirib ki, qərarın iki məqsədi var idi. Belə ki, ilk olaraq xəstəliyə yoluxmanın qarşısını almaq və imkan daxilində həyat tərzinə çoxlu problemlər yaratmamaq: “Bütün məsələlər hərtərəfli düşünülmüşdü”.

O.Şirəliyev qeyd edib ki, laboratoriyalar tam gücü ilə işləyir: “Onlar nəinki Bakıda, hər yerdə var. Ölkədə çox savadlı kadrlar var. Eyni zamanda maddi və texniki imkanlar yüksək səviyyədədir. Ən əsas odur ki, insanlar öz ətrafını və ümumilikdə xalqı qorumaq lazımdır. Sosial məsuliyyət mütləq vacibdir”. Onun sözlərinə görə, hər kəsdə güclü iradə olmalıdır.

Nazir bildirib ki, bütün qurumlar mövcud vəziyyətdən xəbərdardır :”Nəzərdə tutulub ki, lazım olanda çarpayı və xəstəxana sayı artırılsın.

Nazir bildirib ki, xüsusi həkim briqadaları da yaradılıb: “Biz hər şeyə hazırıq. Azərbaycanda xəstə sayına baxanda istəyirik ki, vəziyyət digər ölkələrdəki həddə çatmasın”.

 Səhiyyə naziri Oqtay Şirəliyev Çin və İtaliyada koronavirusun yayılmasını müqayisə edib“Konkret olaraq bu günkü vəziyyət belədir: Bir milyard yarım əhalisi olan Çində bu virusdan ölənlərin sayı 3 mindən biraz artıqdır. 60 milyon əhalisi olan İtaliyada isə bundan iki dəfə çoxdur.

Əlbəttə bu, göz qabağındadır. Çində nizam-intizam oldu və tədbirlər görüldü. İtaliyada isə bu məsələyə laqeyd və çox yüngül yanaşdılar. Nəticəsi də bu gün göz qabağındadır. Görürsünüz ki, ölkə nə gündədir. Orada lazım olan təchizat və avadanlıq yoxdur”.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=144352

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2020
BE ÇA Ç CA C Ş B
« Mar    
 12345
6789101112
13141516171819
20212223242526
27282930