Koronavirus pandemiyası və N95 tipli respiratorlar: dərhal atılmalıdır, yoxsa…?

31.03.2020 - 13:34

Ölümcül koronavirusdan qorunmaq üçün istifadə edilən N95 respirator maskalarının spirt, yaxud digər məhlullarla dezinfeksiya edəndən sonra təkrar istifadəsinin mümkünlüyü ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, N95 tipli maskalar 5-6 gün müddətində istifadəyə yararlıdır. 

Respublikanın baş infeksionisti Cəlal İsayev isə virtualaz.org-a açıqlamasında deyib ki, N95 respirator maskasını 1 gündən artıq istifadə etmək olmaz. Hərçənd ki, nə o, nə də digər tibbi maskalar koronavirusdan tam qorumur. “Cərrahi maskalar iki saatdan bir dəyişdirilməlidir, N95 tipli maskalar isə bir gündən artıq istifadə edilməməlidir. Onsuz da maskalar koronavirusdan tam qorumur, sadəcə əhalinin sıx olduğu məkanlarda yoluxma ehtimalını azaldır “,- İsayev deyib.

Onun sözlərinə görə, tibbi maskalardan düzgün istifadə edilmədikdə virusa yoluxmaq mümkündür. Həmçinin koronavirus göz vasitəsilə də keçir, buna görə də tibbi maska taxmaqla qoruna biləcəyini düşünmək yanlışdır: “Əlcək taxılması ümumiyyətlə tövsiyə edilmir. Əlcək taxmaqdansa əlləri tez-tez yuyulmaq lazımdır. 95 faizlik tibbi spirtdən də istifə edilməsi məsləhət deyil. Bu spirtlərin içinə su qatmaqla 70 faizə salmaq lazımdır. Koronavirusun gözlə təmasından keçməməsi üçün eynəkdən istifadə edilməlidir. Necə ki, tibb müəssisələrində eynəkdən istifadə olunur”.

Baş infeksionist qeyd edib ki, hazırda koronavirusdan qorunmaq üçün ən effektli vasitə evdə qalmaq, təmizləyə maksimum riayyət etmək lazımdır.

Ü.Xudiyeva 

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144661

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930