Ter-Petrosyan müxalifəti “xain” adlandırdı – “Müharibədən də betər vəziyyətdə hökuməti tənqid edənlər…”

09.04.2020 - 12:13

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan bu ölkədə koronavirus epidemiyası şəraitini fürsət bilib siyasi xal qazanmaq istəyən və hökuməti tənqid edən müxalifəti “müharibə zamanı xəyanət edənlərlə” eyniləşdirib.

Virtualaz.org xəbər verir ki, Ter-Petrosyan bu barədə ilur.am saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan koronavirusun yayılmasına görə müharibə vəziyyətindədir. Ter-Petrosyanın qiymətləndirmələrinə görə hətta bu müharibə adi, ənnəvi müharibələrdən də betərdir, təhlükəlidir. Keçmiş prezidenti hakimiyyətin epidemiya şəraitində fəaliyyətini yüksək qiymətləndirib, xüsusən fövqəladə vəziyyət komendaturalarının və Səhiyyə Nazirliyinin işini tərifləyib.

O, şikayətlənib ki, hakimiyyətin bütün sutka boyu gərgin işləməsinə baxmayaraq “dahilərin”, təxribatçıların və bədxahların böyük ordusu əllərindəki çoxsaylı KİV-lərlə hakimiyyətə qarşı ikinci cəbhə açıb.

Ter-Petrosyanın mövqeyinə görə, belələri faydalı məsləhətlər və konstruktiv təkliflər adı altında əslində nifrət və düşmənçilik səpələyirlər. O hesab edir ki, hökumətin tənqidçiləri əsasən kömək eləmək yox, indiki vəziyyətdən istifadə edib siyasi dividendlər qazanmaq məqsədi güdür.

“Əgər adi hallarda bu normal sayılırsa indi müharibə vaxtı xəyanət etməklə eynidir”,-Ter-Petrosyan bildirib. O, cəmiyyəti bütün təbliğati və tərbiyəvi metodlarla fövqəladə vəziyyət komendaturalarının  və Səhiyə Nazirliyinin tələblərini ciddi şəkildə yerinə yetirməyə məcbur etməyə çağırıb.

Levon Ter-Petrosyan habelə müxalifəti “hakimiyyətə qarşı nifrət və etimadsızlıq toxumu səpəməkdən çəkinməyə” , onu hakimiyyətə yönəlmiş tələblərini sonraya saxlamağa çağırıb. O, ümid edir ki, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan öz nəzarətlərindəki KİV-lərə hakimiyyətə qarşı “quduz kampaniyanı dayandırmaq” əmri verəcəklər.

Eyni zamanda Ter-Petrosyan hökuməti 2016-cı il aprel döyüşlərini araşdıran parlament komissiyasının işini dondurmağa çağırıb. Bildirib ki, bu komissiya yersiz əsəbiliyə və ölkədə onsuz da gərgin olan atmosferin gərginləşməsinə səbəb olur.

Ter-Perosyanın fikrincə, indiki vaxtda antiepidemioloji tədbirlərə və ondan irəli gələn sosial problemlərə dair fərdi məsləhətləri publik şəkildə ifadə etməyin yeri deyil. Belə təklifləri fövqəladə vəziyyət komendaturalarına yönəltmək lazımdır. Komendatura isə daxil olan təklifləri araşdırmaq, onların nə dərəcədə məqsədəuyğun olmasını qiymətləndirmək üçün xüsusi qrup yaratmalıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144969

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930