Bu gün Türk Şurasının Zirvə görüşü keçiriləcək

10.04.2020 - 12:01

Bu gün Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək. “Report” xəbər verir ki, sammit koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub və Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilir.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidentləri Kasım-Jomart Tokayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov, Macarıstan Baş naziri Viktor Orban və TDƏŞ Baş katibi Bağdad Amreyevin iştirak edəcəyi gözlənilir.

Videokonfransda iştirakçıları koronavirus epidemiyası ilə mübarizə üçün milli səviyyədə görülən tədbirlər, səhiyyə sahəsində çoxtərəfli əməkdaşlığın inkişafı və bölgədə COVID-19-un yayılmasının yaratdığı ümumi problemləri həll etməyin yolları barədə fikir mübadiləsi aparacaq, koronavirusun milli və dünya iqtisadiyyatlarına mənfi təsirini aradan qaldırmağın yollarını müzakirə edəcək, böhran zamanı və pandemiyadan sonrakı dövrdə ticari-iqtisadi əlaqələri davam etdirmək və maneəsiz nəqliyyat əlaqələrini təmin etmək üçün birgə səylər və ümumi tədbirlərə toxunacaqlar.

Sammitin yekununda birgə bəyannamə qəbul ediləcəyi gözlənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=145048

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31