“Bakı AVRO-2020-dən imtina etməyəcək” – BOS-un direktoru

11.04.2020 - 16:23

Bakı Olimpiya Stadionunun (BOS) direktoru Cavid Qarayev koronavirus pandemiyasına görə AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərin sayının azaldılacağı ilə bağlı iddialara bildirib.

C.Qarayev “Report”a açıqlamasında bildirib ki, hazırda planda Bakının namizədliyinin geri götürülmə məsələsi yoxdur.

“Əslində bu məsələ AFFA rəhbərliyi ilə detallı müzakirə olunmayıb. Çünki planda hər hansı dəyişiklik yoxdur. UEFA ilə müntəzəm əlaqədəyik. Onlarda da bu yöndə söhbətimiz olmayıb. Bakı şəhəri AVRO-2020-dən imtina etməyəcək” deyə o vurğulayıb.

BOS-un direktoru 12 şəhərdən bəzilərinin oyunları keçirməkdən imtina etmək istədiyinə dair xəbərlərə isə belə münasibət bildirib: “Burada söhbətin hansı şəhərlərdən getdiyindən ətraflı məlumatım yoxdur. Bu, sadəcə danışıqdır. Konkret qərar hələ verilməyib”.

Qeyd edək ki, Avropa çempionatında A qrupunun 3 (İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Digər qarşılaşmalar Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Hollandiya) şəhərlərində olmalıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=145115

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31