Azərbaycanda digər xəstəliklərdən vəfat halları koronavirus ölümü kimi qeydiyyata alınır? – RƏSMİ

17.04.2020 - 13:23

Azərbaycanda bəzi bölgələrdə digər xəstəliklərdən vəfat hallarının koronavirus ölümü kimi qeydiyyata alınması ilə bağlı iddialar səsləndirilir.

“AzPolitika” xəbər verir ki, məsələ barədə “oxu.az”ın sualını Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cavablandırıb.

Onun sözlərinə görə, Azərbaycanda başqa xəstəliklərdən vəfat hallarının koronavirus ölümü kimi qeydiyyata alınması ilə bağlı səsləndirilən fikirlər tamamilə yanlışdır:

“Koronavirus infeksiyasına yoluxma testlər vasitəsilə müəyyən edilir. Test arealımız da böyüyüb. Bu gün Azərbaycanda 70 mindən çox test aparılıb. Bunun nəticəsində də xəstəlik müəyyən olunur və ictimaiyyətə məlumat verilir”.

“Tövsiyə edərdim ki, insanlara Nazirlər Kabineti yanında operativ qərargahın media vasitəsilə qurulmuş şəffaf münasibəti əsasında xəbərlər verilsin.

Gündəlik ölkəmizdə koronavirusa yoluxma halları, sağalma, karantində olan və yaxud müalicə olunan şəxslər barədə operativ məlumatlar verilir”, – deyə H.Hacıyev qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=145268

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31