Mübariz Mənsimovdan üzücü xəbər: həyati təhlükəsi var

29.04.2020 - 09:57

Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı milyarder, hazırda Türkiyədə cəzaçəkmə evində olan Mübariz Mənsimovun səhhəti ağırlaşıb. Bax.tv Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı palmali Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva yayıb. Onun sözlərinə görə, Mübariz Mənsimov həbsindən öncə ağır əməliyyat keçirdiyi üçün həbsxanada olduğu müddətdə yarası iltihablanıb. Həmçinin bədənində şişlər, qaraciyərində problemlər yaranıb. Əməliyyatdan sonra həkim nəzarətində qalmalı olduğu halda həbsxanada immun sistemi çox zəifləyib. Koronavirusun sürətlə yayılması səbəbilə orqanizmi infeksiyaya açıq olan Mənsimovun həyati təhlükəsi var. “Bədəni çox yorulduğu üçün gəzməkdə belə çətinlik çəkir. Bütün qanuni təşəbbüslərə və tələblərə baxmayaraq, Mübariz Mənsimov hələ də xəstəxanaya göndərilməyib və yoxlanışlardan keçirilməyib. Özünü heç bir halda təmin edə bilmədiyi və həyati təhlükəsi olduğu üçün Silivri Həbsxanasının ağır şəraitində qalması mümkün deyil. Keçirdiyi əməliyyatlar, həkim nəzarətində qalmağına dair bütün tibbi arayışlar mövcud olsa da, hətta bu hesabatlar lazımi orqanlara təqdim edilsə də, Mənsimov hələ də xəstəxanaya yerləşdirilmir. Mübariz Mənsimovun hazırki vəziyyəti ilə bağlı həbsinin ev həbsinə çevrilməsi lazımdır”, – F.Quliyeva qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=145517

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31