Avropada yeni növ uşaq xəstəliyi yayılmağa başlayıb

30.04.2020 - 08:01

Böyük Britaniya və İtaliyanın ardından Fransada da uşaqlarda yeni növ iltihabın aşkarlanması, üstəlik, bunun koronavirusla bağlı ola biləcəyi ehtimalı insanlarda təşviş yaradıb.

“Report” “Deutsche Welle”yə istinadən xəbər verir ki, Fransanın səhiyyə naziri Olivye Veran hər yaş qrupundan 15 uşaqda hərarət, həzm şikayəti və ürəyin zəifləməsinə yola aça bilən damarlarda iltihab kimi əlamətlərin qeydə alındığını deyib.

Nazir bəzi hallarda ürək damarlarında da iltihablaşmanın müşahidə edildiyini söyləsə də, indiyədək ölüm hadisəsinin qeydə alınmadığını vurğulayıb.

O.Veran qeydə alınan faktlar arasında koronavirus testinin neqativ olan uşaqların da olduğunu bildirərək hələ cavablandırılmamış bir çox sualın olduğunu söyləyib. Səhiyyə naziri bu iltihabi xəstəlik ilə koronavirus arasında bağlantı qurmaq üçün yetərincə dəlil olmadığını bildirib.

Qeyd edək ki, analoji hadisə Böyük Britaniya və Fransada da aşkarlanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=145592

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31