ABŞ-da Qarabağla bağlı TƏHLÜKƏLİ OYUN: 30 senator…

30.04.2020 - 12:56

ABŞ-da erməni lobbisi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində Ermənistan tərəfindən yaradılan separatçı rejimə maliyyə yardımının artırılması istiqamətində hərəkətə keçib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, ABŞ-ın 30 senatoru Qarabağda guya minaların təmizlənməsi və bərpa xidmətinin göstərilməsi üçün 2021-ci ildə separatçı rejimə verilən maliyyənin artırılması təşəbbüsünə qoşulub.

Bu haqda məlumatı ABŞ-dakı erməni diasporunun “Ay-Data komissiyası” yayıb.

Nümayəndələr Palatasının maliyyə yardımları komitəsinin rəhbərliyində təmsil olunan senator Robert Menendes ABŞ-ın humanitar proqramları üzrə 2021-ci ildə Qarabağdakı separatçı rejimə 1,5 milyon dollar əlavə vəsaitin ayrılması təşəbbüsünü irəli sürüb. Bununla yanaşı, Qarabağda bərpa işlərinin həyata keçirilməsi üçün də əlavə vəsaitin ayrılması məsələsi qaldırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=145649

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31