Prezidentin rektor təyin etdiyi Aqil Şirinov kimdir? – DOSYE

12.05.2020 - 13:28
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.
Qaynarinfo xəbər verir ki, Aqil Şirinov 1979-cu il sentyabr ayının 28-də Kəlbəcər şəhərində anadan olub. 1985-ci ildə Kəlbəcər şəhər 3 saylı orta məktəbinə daxil olub, 1996-cı ildə Kəlbəcər rayon 12 saylı orta məktəbi bitirib.
1996-cı ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olub, 2001-ci ildə qeyd olunan fakültədən “ilahiyyatçı” və “ərəb dili müəllimi” ixtisasları üzrə məzun olub.
2001-cu ildə Türkiyə Respublikası Mərmərə Universiteti Sosial Elmlər İnstitutunun magistratura bölməsinə daxil olub, 2003-cü ildə “İslam Məzhəbləri Tarixi mənbələrində ifrat meylli məzhəblər və görüşləri (İslam Mezhepleri Tarıhi Literatüründe Aşırı Fırkalar ve Görüşleri)” adlı elmi iş mövzusunu müdafiə edərək magistr dərəcəsinə layiq görülüb.
2003-cü ildə eyni institutun doktorantura şöbəsinə daxil olub, 2007-ci ildə “Nəsirəddin Tusinin varlıq və tanrı anlayışı (Nasiruddin Tusi’de Varlık ve Uluhiyyet)” adlı dissertasiya mövzusunu müdafiə edərək ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2008-ci ildən etibarən Bakı Dövlət Universitetin İlahiyyat fakültəsinin “İslam elmləri” kafedrasının saathesabı müəllimi, 2011-ci ildən müəllimi, 2016-cı ildən etibarən isə baş müəllimi vəzifəsində çalışıb. Aqil Şirinov Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsində Fəlsəfə, İslam Məzhəbləri Tarixi, Din sosiologiyası və Din psixologiyası fənlərini tədris edib. Habelə 2015-2017-ci illər ərzində Bakı Dövlət Universitetin Tarix, Folologiya, Jurnalistika, Kitabxanaçılıq və informasiya fakültələrində ümumi fəlsəfə və məntiq, İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsində ingiliscə ümumi fəlsəfə dərslərini aparıb. Aqil Şirinov hal-hazırda Qafqaz Müsəlmanları İdarəsinin “Fətva və moizə” şöbəsinin müdiri vəzifəsində də çalışır.
Aqil Şirinov 2009-2010-cu illərdə Böyük Britaniyanın Kembric şəhərində Studio Cambridge adlı dil kursunun həm ümumi ingliscə, həm də elmi əsər yazma (Academic writtings) bölmələrini müvəffəqiyyətlə bitirib. O, həmçinin ABŞ Kongres kitabxanasının Açıq Dünya (Open World) proqramının `Dini Dözümlülük` (Religious Toleration) adlı proqramında iştirak etmək hüququ qazanmış və 4-14 may tarixində ABŞ-da olub.
2016-cı ilin iyul ayında ABŞ-ın Çikaqo şəhərində yerləşən və ilahiyyat sahəsində magistratura təhsili verən akademik bir qurum olan “Meadville Lombard Theological School”- un “Dini Multikulturalizm” mövzusuna həsr olunmuş bir aylıq seminar-treyninqinin iştirakçısı olub. Habelə Aqil Şirinov Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Albaniya, Pakistan və Qırğızıstanda multikulturalizm, dinlərarası münasibət və tolerantlıq mövzularına həsr olunmuş müxtəlif konfranslarda iştirak edərək “Azərbaycanın tolerantlıq modeli”, “İslam və tolerantlıq”, “Azərbaycanın multikultural dəyərləri”, kimi mövzularda məruzələrlə çıxış edib. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi çox sayda yerli və beynəlxalq tədbirlərdə iştirak edib, radikalizm, tolerantlıq, multikulturalizm, dini dözümlülük və s. mövzularda məruzələrlə çıxış edib, radikalizmin zərərlərindən bəhs edən “Dini radikalizm və onun fəsadları” adlı bir broşura yazıb.
Fəlsəfə və İslam məzhəbləri tarixi sahəsində çox sayda kitab və məqalə müəllifidir. İngilis, ərəb, fars, rus və türk dillərini bilən Aqil Şirinovun 6 kitabı (biri müəllif digərləri həmmüəllif), 2-si xaricdə olmaqla 20-dən çox məqaləsi, ikisi xaricdə olmaqla 8 tezisi nəşr olunub. Ərəb, ingilis, fars və türk dillərindən və bu dillərə bir çox elmi məqalələri tərcümə edən Aqil Şirinov eyni zamanda fəlsəfə, tarix və dinlə əlaqəli bir çox beynəlxalq və yerli simpozium və konfranslarda elmi məruzələrlə çıxış edib.
Aqil Şirinov 09.03.2018-ci il tarixində elmlər doktoru proqramı üzrə dissertantlıq yolu ilə 7214.01 – “Dinin tarixi və fəlsəfəsi” ixtisası üzrə doktoranturaya qəbul olub.
13 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin əmri ilə Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Aqil Şirinov indiyədək İlahiyyat İnstitutunun rektoru vəzifəsini müvəqqəti icra edirdi.
http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=146498

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2020
BE ÇA Ç CA C Ş B
« May    
1234567
891011121314
15161718192021
22232425262728
2930