Yaxınlarda yüksək rütbəli korrupsionerlərin həbsini də görəcəyik – Ekspert

15.05.2020 - 12:44
“Qısa müddətdə hüquq mühafizə orqanlarında da yüksək rütbəli korrupsionerlər həbs olunacaq”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu Dövlət Təhlükəsizlik Xidmətinin Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini general-leytenant Əfqan Nağıyevin və yüksək rütbəli hərbi qulluqçularının saxlanılmasından danışarkən deyib. Onun fikrincə, əvvəllər rəhbər vəzifə tutub büdcəni dağıdan vəzifəlıi şəxslər də saxlanıla bilər:
“Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini general-leytenant Nağıyev Əfqan, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslərin şübhəli şəxs qismində saxlanılması   mübarizənin genişlənərək, yeni müstəviyə keçməsinin göstəricidir. Dövlət Təhlükəsizlik Xidməti artıq mülki şəxsləri deyil, hərbiçiləri də həbs edirsə, bununla da korrupsiyanın həm də müdafiə qüvvələrində də yayıldığını təsdiq edir və səlahiyyətlərinin gücündən çox olduğunu nümayiş etdirir.
Çox güman ki, qısa müddətdə hüquq mühafizə orqanlarında da yüksək rütbəli korrupsionerlər tapılaraq həbs olunacaq. Əvvəllər rəhbər vəzifə tutub büdcəni dağıdan vəzifəlıi şəxslər də “ovlana” bilər”.
http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=146725

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2020
BE ÇA Ç CA C Ş B
« May    
1234567
891011121314
15161718192021
22232425262728
2930