Pandemiyaya görə buraxılış imtahanlarına salınmayacaq mövzular açıqlandı

15.05.2020 - 15:55

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanı proqramlarının qısaldılmış forması və koronavirus pandemiyası ilə əlaqədar buraxılış imtahanı proqramlarından çıxarılan mövzular barədə məlumat yayıb.

“Report” xəbər verir ki, məlumatda deyilir:

“Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb, infeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul olunub. Bu səbəbdən 2020-ci ilin mart-iyun aylarında respublikanın ümumtəhsil müəssisə­lərində qüvvədə olan tədris proqramlarına əsasən tədrisi nəzərdə tutulan mövzular tədris olunmadığı üçün buraxılış imtahanı proqramlarından çıxarılıb.

Aşağıdakı keçidlərdə sizə 2020-ci ilin yanvar ayında “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc edilmiş ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları qısaldılmış formada təqdim edirik. Təqdim olunan proqramların qısaldılmış variantında bölmə başlıqları nömrələnmiş və fənn üzrə proqramın sonunda çıxarılan mövzular qeyd olunub.

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə:

http://dim.gov.az/…/e2c/e2ce70de6c345ed6caf4c938e06d67fa.pdf

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə:

http://dim.gov.az/…/77e/77ebf02659ada161ac7242de2441a60d.pdf

“Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları”nın tam mətni ilə “Abituriyent” jurnalının xüsusi buraxılışlarında tanış ola bilərsiniz. Jurnalların elektron versiyasını (pdf formatda) “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramlarından çıxarılan mövzular da yaxın günlərdə sayta yerləşdiriləcəkdir”.

DİM-dən bildirilib ki, 9-cu sinif ingilis dili, alman dili, fransız dili və ərəb dili fənləri üzrə mövzular qeyd edilən dövrədək tədris olunduğundan bu fənlər üzrə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb.

Həmçinin qeyd olunub ki, 11-ci sinif ingilis dili, alman dili, rus dili (xarici dil) və русский язык (tədris dili) fənləri üzrə mövzular qeyd edilən dövrədək tədris olunduğundan bu fənlər üzrə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=146741

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930