Koronavirusun tüğyan etdiyi Yevlaxın “Qaraçılar məhəlləsi”ndə SON DURUM – AÇIQLAMA

21.05.2020 - 11:59

Yevlax rayonunun “Qaraçılar məhəlləsi” adlanan ərazisində 53 nəfərin koronavirusa yoluxması və bu səbəbdən adıçəkilən məhəlləyə giriş-çıxışın bağlanması böyük rezonans doğurub. Yerli medianın yazdığına görə, görülən təhlükəsizlik tədbirləri yerli qaraçıların etirazına səbəb
olub, onların polis əməkdaşları ilə qarşıdurmaya getmələri haqda da məlumatlar dolaşır.
Mövzunun aktuallığını nəzərə alaraq Sfera.az Yevlax rayonunun “Qaraçılar məhəlləsi”ndəki son durumu öyrənməyə çalışıb. Əməkdaşımızın sorğusuna cavab olaraq Yevlax RİH-dən bildirilib ki, onlarda son durumla bağlı təfərrüatlı məlumat yoxdur.
Yevlax Rayon İcra Hakimiyyətinin adını açıqlamadığı əməkdaşı bunları deyib: “Qaraçılar məhəlləsi” deyilən ərazidə yoluxma halının indiki vəziyyəti barədə informasiyaları ancaq Nazirlər Kabineti yanında Operativ Qərargahdan alırıq. Rayon İcra Hakimiyyətində isə bununla bağlı rəsmi məlumat yoxdur ki, sizləri də məlumatlandıraq. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə və Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməyiniz daha yaxşıdır. Yevlax İcra Hakimiyyəti isə bu ərazidə heç bir nəzarət həyata keçirmir”.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qaynar xətlərinə zəng etsək də xəttin o biri tərəfindən cavab verən tapılmadı.
DİN-lə əlaqə saxlasaq da təəssüf ki, bu qurumdan da zənglərə cavab verən olmadı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147170

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930