Bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər – AÇIQLAMA

04.06.2020 - 11:01

Xəbər verdiyimiz kimi iyunun 3-də 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Məhz buna görə də Operativ Qərargahın iyunun 3-də keçirilən brifinqində şənbə və bazar günləri insanların çölə çıxmasına qadağa qoyulacağı bildirildi. Əgər artma dinamikası davam etsə, insanların 1 həftəlik çölə çıxmasına qadağa qoyula bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, Operativ Qərargah dünyada və ölkədə mövcud vəziyyəti analiz edərək müvafiq qərarlar verir: “Bilirsiniz ki, dünən Operativ Qərargahın növbəti brifinqi keçirildi. İyun ayının 3-ə olan statistika ürək açan olmadı. 325 nəfər yeni yoluxma və 5 nəfər də ölüm faktı qeydə alındı. Günbəgün bu yoluxma dinamikası çoxalır. Məhz ona görə də dünən keçirilən brifinqdə şənbə və bazar günlərində daha sərt karantin rejiminin keçirilməsi təklif olundu. Həmin günlər hətta market və apteklər də işləməyəcək. Bütün insanların evdə qalaraq izyolasiya edilməsi ilə çalışırlar ki, yoluxmaların sayını azaltsınlar. Təbii ki, yoluxma artma dinamikası davam edərsə gələcək bu qadağa 7 günlük də ola bilər. Təbii ki, bu qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olan məsələdir. Əlbəttə ki, bunu heç kim arzulamır. Ona görə insanlarımız bu xəstəliyin nə qədər təhlükəli olduğunu anlamalı, karantin rejimin qaydalarına və Operativ Qərargahın tövsiyyələrinə əməl etməlidir. İnsanlarımız məsuliyyətli olsalar, qoruyucu tibbi maskalardan istifadə edib, ictimai nəqliyyatda, market və mağazalarda sosial məsafəni qorusalar biz tezliklə bu bəladan qurtula bilərik. Bir daha insanlarımızı özlərinin və yaxınlarının sağlamlığını qorumaq üçün qoyulan qaydalara əməl etməyə çağırıram”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147710

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930