Elmar Məmmədyarov Dövlət Təhlükəsizliyi Xidmətindən kömək istəyir

09.06.2020 - 09:27

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) nazir Elmar Məmmədyarova qarşı aparılan qarayaxma kampaniyasının araşdırılması xahişi ilə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib.

Virtualaz.org xatırladır ki, bundan əvvəl bir sıra kütləvi informasiya vasitələrində Elmar Məmmədyarovun  ailəsinin xaricdəki daşınmaz əmlakları barədə məlumatlar yayılmışdı. Xüsusilə, ABŞ-dakı bir neçə mənzildən bəhs olunurdu.

“Öncə vurğulamaq istərdim ki, XİN-in rəsmi nümayəndəsi olaraq, şəxsi məsələləri şərh etmirəm və bu barədə əvvəl də bildirmişdim. Lakin son günlərdə Xarici İşlər Nazirliyinə qarşı bilərəkdən yalan və böhtan kampaniyasının aparıldığını müşahidə edirik”,– deyə Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva jurnalistlərə bildirib.

Onun sözlərinə görə, vətəndaşın şərəf və ləyaqəti ölkəmizdə Konstitusiya və digər qanunvericilik aktları ilə qorunur.

“Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir. Şəxsi həyata müdaxilə edərək, təhqir və böhtan xarakterli məlumatları yayanlar məsuliyyətə cəlb olunmalıdırlar.

Xarici İşlər Nazirliyinin həyata keçirdiyi vəzifələr strateji əhəmiyyətlidir və bilərəkdən bu mühüm dövlət orqanı barədə yalan və qərəzli məlumatların dövriyyəyə buraxılması dövlətin milli maraqlarını ciddi təhdid etməklə yanaşı, müstəqil respublikamızın beynəlxalq nüfuzuna da xələl gətirir.

Bu səbəblərdən qarayaxma kampaniyasının araşdırılmasını və Azərbaycan qanunvericiliynə uyğun olaraq müvafiq tədbirlərin görülməsini zəruri hesab edirik”, – deyə idarə rəisi vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=148011

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728