Prezident Administrasiyasında 19 yoluxma, FHN-də 9, yas yerində 12… – OPERATIV QƏRARGAH

09.06.2020 - 21:58

Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilib.

Virtualaz.org xəbər verir kı, bu dəfəki mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov iştirak edir. Tədbirdə pandemiya ilə bağlı ölkədəki son vəziyyət haqda məlumat verilib.

İbrahim Məmmədov bildirib ki, karantin iyulun 1- dək uzadılıb. 9 şəhər və rayonda 2 gün ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılır. Fəaliyyətinə icazə verilən şəxslər şəxsi avtomobildən istifadə edə biləcək.

Daxili uçuşların ayın 15-dən sonra bərpa ediləcək

Məmmədov məlumat verib ki, daxili uçuşlar iyunun 15-dən sonra bərpa ediləcək.

Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət idə iyulun 1-dək uzadılır:

“COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1-dək uzadılıb”.

Bu gün 130 nəfər Dağıstan ərazisindən Azərbaycana keçirilib

İ. Məmmədov bildirib ki, indiyə qədər Dağıstandan 503 nəfər gətirilib: “İyunun 10-dan Nyu-Yorkdan azərbaycanlılar gətiriləcək. Eyni zamanda çarter reysi qrafiki hazırlanır”.

Vətəndaşlar ölkəyə gətirilir

İ. Məmmədov isə bildirib ki, vətəndaşların xaricdən gətirilməsi ilə bağlı qrafikdə birinci MDB, ikinci Avropa, üçüncü Şərq istiqaməti nəzərdə tutulur. Bu çarter reysləri karantin zonasının texniki imkanlarına əsasən həyata keçiriləcək.

Bakıdan rayonlara gediş-gəliş məsələsi gündəmdə deyil

İbrahim Məmmədov deib ki, Bakıdan rayonlara gediş-gəliş məsələsi gündəmdə deyil. Hazırda bununla bağlı qərar yoxdur.

Çörəklə bağlı problem yoxdur

Məmmədov qed edib ki, həftəsonu təcrid rejimində çörək təminatı ilə bağlı heç bir problem olmayıb. Iyunun 14-ü və 15-də özünü təcrid günləridir. İyunun 16-da mağazaları çörəklə təmin etmək üçün iyunun 15-i saat 16:00-dan çörək zavodunun müəyyən olunmuş əməkdaşları zavoda gələ və çörəyin istehsalı üçün hazırlıq işlərini həyata keçirə biləcəklər. İyunun 16-da səhər tezdən artıq mağazalara çörək paylanacaq.

Sərt rejimdə ev heyvanlarını gəzdirmək olar

İ. Məmmədov bildirib ki, sərt karantin rejimində vətəndaşlar ev heyvanlarını, itlərini istədikləri vaxt gəzdirə bilərlər. Ancaq bu sərbəstlikdən sui-istifadə olunmamalıdır.

Dializ xəstələrlə bağlı tədbir görüldü

Bayramlı bildirib ki, keçən həftə dializ xəstələrinin qəbulu ilə bağlı problemlər tənzimlənib.

R. Bayramlı deyib ki, bu şəndə günü xəstəxanalar adi rejimdə çalışacaq: “Bazar günü dializ xəstələri qəbul edilmir adətən, bazar ertəsi isə proses tənzimlənəcək”.

Daha bir neçə rayon narıncı zonaya salındı

Bayramlı deyib ki, Salyan, Kürdəmir, Yevlax və İsmayılı yoluxma səviyyəsinə görə narıncı zonaya aid edilib. Bu həftə dövlət qurumları üçün cümə günü qısaldılmış iş günü olmayacaq. Şənbə günü isə tövsiyə ediir ki, 65 yaşlı vətəndaşlar evdən çıxmasınlar.

1 həftədə nə qədər adam yoluxub

R. Bayramlı deyib ki, 1-7 iyun arasında 2059 nəfər koronavirusa yoluxub. Onun sözlərinə görə, COVİD-19 diaqnozu təsdiqlənməyən, ancaq bu əlamətlərə malik xəstələr də var. Həmin xəstələr digər xəstəxanalarda yerləşdirilib, aralarında ağır olanlar da var. Bu həftə ərzində aşkarlanma sayında sürətli artım müşahidə olunub.

Ölənlərin sayı 98 oldu

“Yoluxmanın intensivliyinə baxmayaraq, bu günə ölkədə koronavirusdan ölüm halı 98 nəfər təşkil edir”

Bunu Bayramlı bildirib. Deyib ki, əhalisinin sayı Azərbaycanla eyni olan ölkələrdə 10 mindən çox ölüm halları var. Ölkəmiz epidemioloji və müalicə işinin təşkili baxımından bu prosesin öhdəsindən gəlmək iqtidarındadır. Azərbaycanda 3487 aktiv xəstə müalicə alır. Onlardan 136 nəfər reanimasiyadadır, 20 xəstə süni tənəffüs cihazına bağlıdır. 3487 nəfərin içərisində orta və ağır vəziyyətdə olan, reanimasiyaya yerləşdirilməyən xəstələr də var. Onlar da süni tənəffüs cihazı ilə nəfəs alırlar.

Koronavirus nə qədər çox insandan insana yoluxursa, mutasiya etmək imkanı qazanır

TƏBİB sədri deyib ki, insanların immun sistemi fərqlidir. Virusun da buna müvafiq olaraq antigenlərində dəyişiklik ola və müalicəyə tabe olmayan hallar arta bilər. Xarici mütəxəssislərlə də müzakirələr nəticəsində ümumi müalicəyə tabe olmayan halların bununla bağlı olunması qənaətinə də gəlinib.

Yoluxanlarda Bakının payı artır

Bayramlı məlumat verib ki, artıq Bakıda koronavirusa yoluxma halı ölkə üzrə yoluxmanın 50 faizin üzərindədir. Bu da yoluxma saylarının artması ilə əlaqədardır. Sabunçu rayonunda bu göstərici 12.4%, Yasamalda 12.3%, Xətaidə 11.6%, Nəsimi rayonunda 11% təşkil edib.

Yas yerində virusa yoluxmalar

Bayramlı bildirib ki, virusa yoluxanların sayı və ağır keçirənlərin sayı artır. Bu da bizi narahat edir. Belə şəxslər arasında həkim həmkarlarımız da var. Onun sözlərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, virusun əsas yoluxduğu sahə ictimai nəqliyyat, kafelər, marketlərdə növbələrin gözlənilməməsidir. Siyəzən rayonunda yasda 12 qadın koronavirusa yoluxub. Qəbələnin Zalağan, İsmayıllının Türkan kəndində yoluxma yüksəkdir.

Yoluxanların 54 faizi qadınlardı

Ramin Bayramlı deyib ki, Azərbaycanda qadınlar arasında “COVİD-19″a yoluxma 54 faiz, kişilər arasında isə 46-ə faizə çatıb. Yoluxma 50-59 yaş arasında 21 faiz, 30-39 yaş arasında 18 faiz, 40-49 yaş arasında 15 faizdir. Artıq gənc yaşlarında xəstəliyi ağır keçənlər artır. Bunlar arasında həkimlər də var. Gənc yaşlarında xəstəliyi ağır keçirmə xüsusən evdə müalicəyə cəhd zamanı baş verir. Prezident Administrasiyasında 19 nəfər, FHN-də isə 5 nəfər koronavirusa yoluxub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında da COVID-19-a yoluxanlar var.

Növbəti həftələrdə yalnız bazar günləri sərt karantin tətbiq edilə bilər

Bayramlı belə deyib. Cümə və şənbə günü iş günü olacaq. Bazar günü isə məhdudiyyətlər tətbiq edilə bilər.

Ü. Xudiyeva

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148053

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930