Azərbaycanda daha bir kənddə koronavirus yayıldı

11.06.2020 - 13:13
İsmayıllı rayonunun daha bir kəndinin sakinləri arasında koronavirusa yoluxma aşkarlanıb.

“Ölkə.Az” xəbər verir ki, rayonun Bizlan kənd ərazi nümayəndəsi Şahbəndər Əmrahiyev Azvision.az-a açıqlamasında bildirib ki, kənddə üç nəfər koronavirusa yoluxub.

“Kənd sakinlərinin məlumatına əsasən, iki qadın İsmayıllı rayonunda yas məclisində iştirak ediblər və orada virusa yoluxublar. Yoluxanlardan biri koronavirus testi pozitiv çıxan qadının qardaşıdır.

Onlar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Gündəlik xəbər alıram, qızdırmaları ölçülür və heç bir narahatlıq yoxdur. Həmin şəxslərlə təmasda olanlardan analizlər götürülüb və nəticələri neqativ çıxıb”.

Ş.Əmrahiyev bildirib ki, qonşu Tircan kəndinə daha dörd nəfərdə koronavirusa yoluxma qeydə alınıb.

Xatırladaq ki, son günlər İsmayıllıda koronavirusa yoluxma hallarının artması ilə əlaqədar bu rayonda iki günlük sərt karantin rejimi tətbiq olunacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148142

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930